Mojo.az Banner
15:04 Qanunsuz balıq ovu ilə məşğul olan 48 nəfər məsuliyyətə cəlb edilib  |     14:47 Bəzi dövlət qulluqçularına verilən hədiyyələrlə bağlı YENİ TƏLƏB müəyyənləşdi  |     14:45 Paytaxtda ictimai nəqliyyat bəzi şəxslər üçün ÖDƏNİŞSİZ OLACAQ  |     13:29 Rusiya və Ukrayna 205 hərbçini dəyişdirdilər  |     13:24 Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək  |     13:19 Azərbaycanda illik inflyasiyaya təsir edən amillər açıqlandı  |     13:01 Azərbaycan nefti ucuzlaşıb  |     12:51 Azərbaycanda polkovnik vəfat etdi  |     12:44 "Kupça"sız qalan sakinlərin fəryadı: "Nə uşaqları qeydiyyata sala bilirik, nə də kredit götürə" - VİDEO  |     12:27 Bu şəxslərə hər ay 1000 manatadək pul veriləcək  |     12:17 Azərbaycanda kirayə qiymətləri 7 faizdən çox artıb  |     11:58 AZAL Bakı-Dubay reyslərini bərpa edib  |     11:48 FIFA-dan "Qarabağ" azarkeşlərini SEVİNDİRƏCƏK XƏBƏR  |     11:39 Azərbaycanda üç yaşınadək uşağa qulluğa görə müavinət artırıla bilər  |     11:35 Ağcabədidə qəza: 14 yaşlı oğlan öldü  |     11:13 Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - Video  |     23:01 Xırdalan sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  |     22:54 3 elektron pul təşkilatının lisenziyaları ləğv edilib  |     22:49 2 avtobusda gedişhaqqı artırıldı  |     22:43 "WhatsApp" "Meta" AI söhbətləri üçün gizli rejimi aktivləşdirdi (FOTO)  |    
Left Banner
Right Banner

Çörəyin qiyməti ilə bağlı AÇIQLAMA - VİDEO

15.09.2021 15:59 1 953
Çörəyin qiyməti ilə bağlı AÇIQLAMA - VİDEO
Azərbaycanda dünəndən etibarən bəzi çörək növlərinin qiymətində artım müşahidə olunub. Artım xüsusilə “Çörəkçi” və “Nömrə 1” çörək zavodlarının məhsullarında hiss edilib. Lakin heç də bütün istehsalçılar qiyməti artırmayıb.

Oxu.Az qiymətin artmasına səbəb olacaq amilləri araşdırıb.

“Nömrə 1” çörək zavodunun satış müdiri Rahim Nizaməddinov qiymət artımını məhsulun hazırlanmasında istifadə edilən xammalın dəyərinin və daşınma xərclərinin artması ilə əlaqələndirib:

“Daşınma xərclərimiz artıb. Nəzərə almaq lazımdır ki, məhsullarımızı marketlərə və digər obyektlərə yük avtomobilləri ilə paylayırıq. Eyni zamanda biz çörəkləri qablaşdırarkən paketlərdən istifadə edirik və bu malların dəyərində də 20 faizə yaxın artım baş verib.

Hazırda şirkətimizdə 700-ə yaxın əməkdaş çalışır və biz ixtisara getməmək, eyni zamanda digər problemlərlə üzləşməmək üçün 7-8 faiz civarında qiymətləri qaldırmağa məcbur olduq. Hazırda çörək məhsullarımızın qiymətində əsasən 4-5 qəpik, bəzi çeşidlərimizin qiymətində isə 10 qəpik artım var”.

“Çörəkçi” zavodunun məhsullarında qiymət artımına aydınlıq gətirən şirkətin hüquq departamentinin direktoru Akif Abbasov da bunu məhsulda istifadə olunan xammalın dəyəri və logistika xərcləri ilə izah edib:

“İlin əvvəli ilə müqayisədə taxılın qiymətinin artması, eləcə də paketlənmədə istifadə olunan xammalın, daşınma xərclərinin artması qiymət artımına səbəb olub. Digər tərəfdən çalışanlarımızın da əməkhaqqılarını müvafiq səviyyədə saxlamaq üçün qiymət artıma gedilib”.

Paytaxtın ən böyük çörək tədarükçülərindən olan “Bakıxanov” çörək zavodunun icraçı müdiri Elman Bağırov isə hazırda zavod çörəyinin qiyməti ilə bağlı heç bir dəyişiklik edilmədiyini qeyd edib, bununla belə əsas tərkib hesab edilən unun qiymətində kəskin artım olduğu təqdirdə qiymətin dəyişə biləcəyini istisna etməyib:

“Unun qiymətində hər hansı kəskin dəyişiklik olmasa qiymətdə dəyişiklik edilməyəcək. Hazırda isə mağazalardakı çörəklərimizin qiyməti 50 qəpikdən çox deyil və heç bir sahibkarın da məhsulu bu qiymətdən artıq satmağa ixtiyarı yoxdur”.скачать dle 11.3
Mojo.az Banner