Mojo.az Banner
23:02 11 məşhur avtomobil modelinin istehsalı dayandırılır  |     22:57 Bakıda dəhşətli qətl törədildi  |     22:49 Gəncədə qazi 36 yaşında vəfat etdi  |     22:44 Gəncədə 16 yaşlı oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı  |     22:36 Evlilərin diqqətinə: sizdən pul tutula bilər - Hüquqşünas  |     22:31 Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı  |     22:24 Müəllimlərin sayı niyə azalır? - EKSPERTDƏN AÇIQLAMA  |     22:19 “iPhone 18” bu rənglərdə olacaq  |     22:11 Rus bölmələrində oxuyanlara YENİLİK: Bu fənn Azərbaycan dilində olacaq  |     22:06 Uşağın rejimini kəskin dəyişməyin - Pediatrdan XƏBƏRDARLIQ  |     21:59 Tələbə axını kirayə bazarını silkələdi: QİYMƏTLƏR  |     21:54 “Telegram”dan möhtəşəm yeniliklər  |     21:45 Azərbaycanda məscidlərin sayı açıqlandı  |     21:40 20 Yanvarda səkidə yuxuya getdi, 2440 manatı oğurlandı  |     21:32 “Bitcoin”in qiyməti 78 min dollara enib  |     21:27 İtaliyada helikopter qəzası olub, ölənlər var  |     21:19 Portuqaliya millisi Bakıda ilk qələbəsini qazandı  |     21:13 Salyanda qəbiristanlıqdan meyit tapıldı  |     21:08 53 nömrəli marşrutun istiqaməti dəyişib  |     21:02 Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ  |    
Left Banner
Right Banner

Azərbaycanda oğlu xəstə olan şəxs həkimi döyərək burnunu sındırdı

24.10.2024 15:44 1 668
Azərbaycanda oğlu xəstə olan şəxs həkimi döyərək burnunu sındırdı
Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rəşad Nəsirovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, hadisə 8 may 2024-cü il tarixində saat 11 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, Rəşad Nəsirov oğlunun sancılanması ilə əlaqədar sözügedən xəstəxanaya müraciət edib. O, Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkimi, zərərçəkmiş Fariz Quliyevə (soyadı şərti) yaxınlaşaraq oğluna tibbi yardım göstərilməsini istəyib. Həkim isə növbənin çox olduğunu və gözləməsini bildirib. Bu zaman onların arasında mübahisə yaranıb. Sonra Rəşad zərərçəkmiş şəxsin burun nahiyəsinə qəsdən yumruqla bir zərbə endirib. Nəticədə həkim sol burun sümüyünün yerdəyişməyən sınığından ibarət dərəcədə xəsarət alıb. Hadisədən sonra Rəşad Nəsirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirib və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.скачать dle 11.3
Mojo.az Banner