Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Nərd oynayan zaman ona irad bildirən qonşusunu vurdu - MƏHKƏMƏ

29.05.2024 12:51 945
Nərd oynayan zaman ona irad bildirən qonşusunu vurdu - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Xəlil Bəşirzadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, hadisə 4 aprel 2024-cü il tarixdə saat 12 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Belə ki, Xəlil Bəşirzadə evinə qonaq gələn qonşusu, zərərçəkmiş Qasım Dadaşovla (şərti) nərd oynayıb. Bu zaman həmin oyunu səhv oynamasına görə qonşusu ona irad tutub. Xəlil isə zərərçəkmiş şəxsə əsəbiləşib və aralarında mübahisə yaranıb. Nəticədə o, elektrik mişar-rəndəni götürərək Qasımın baş nahiyəsinə bir dəfə qəsdən vuraraq ona xəsarət yetirib.

Hadisədən sonra Xəlil Bəşirzadə cinayət məsuliyyətinə cəlb edilib.
скачать dle 11.3
Mojo.az Banner