Mojo.az Banner
20:24 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb  |     20:13 Erkən evliliklə bağlı yeni qərar  |     20:04 Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı  |     19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |     18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |     18:38 Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ  |     18:05 Həkimi döydü, xadimənin sümüyünü sındırdı  |     17:50 Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA  |     17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |     17:18 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO  |     17:13 Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı YENİ LAYİHƏ  |     17:12 Qanunda dəyişiklik: Satınalma müqavilələri elektron formada rəsmiləşdiriləcək  |     17:08 Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: "İki bıçaq qırıldı, üçüncünü götürdüm"  |     17:00 Dilan Polat yenə saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Tanışının telefonunu danışmaq adı ilə alıb "Prius"a minərək qaçdı - MƏHKƏMƏ

05.06.2024 12:12 945
Tanışının telefonunu danışmaq adı ilə alıb
Abşeron Rayon Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Zaman Əkbərlinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Zaman Əkbərli 1 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, hadisə 27 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, Heydər Əliyev adına parkın qarşısında qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Zaman Əkbərli tanışı, zərərçəkmiş Sahil Quliyevə (şərti) məxsus 3000 manat dəyərində "iPhone 14 Pro" markalı mobil telefonu zəng etmək adı ilə ondan alıb. Sonra o, zərərçəkmişin gözü qarşısında oradan qaçaraq onu yaxınlıqda gözləyən taksi kimi fəaliyyət göstərən Qasım Qasımlının (şərti) idarə etdiyi "Toyota Prius" markalı avtomobilə əyləşib ərazidən uzaqlaşıb.

Hadisədən sonra Zaman Əkbərli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner