Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:15 Bu yolda xətlənmənin olmaması sürücüləri çətin vəziyyətə saldı - VİDEO | 19:10 Qubada avtomobil dərəyə aşdı | 19:03 Kambocada avtobus gölə düşdü- Beş məktəbli öldü | 18:57 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu | 18:48 Paşinyan Parisdə Makronla görüşüb | 18:28 Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto | 18:19 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər | 18:02 Bu dərmanlar görmə itkisinə səbəb ola bilər | 17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi |
Mojo.az Avto
Mojo.az Avto

Mağazalarda eyni məhsulun fərqli qiymətə satılmasının səbəbləri açıqlanıb

07.09.2026 12:48 456
Mağazalarda eyni məhsulun fərqli qiymətə satılmasının səbəbləri açıqlanıb
Eyni məhsulun müxtəlif mağaza və marketlərdə fərqli qiymətlərə satılması istehlakçılar arasında tez-tez müzakirə olunan məsələlərdəndir. Alıcılar eyni məhsula görə niyə bir satış nöqtəsində daha çox, digərində isə daha az ödəniş etdiklərini bilməyə çalışırlar. Qiymət fərqinə məhsulun alış dəyəri ilə yanaşı, icarə haqqı, əmək, nəqliyyat və digər satış xərcləri təsir göstərə bilər. Bundan başqa, mağazalar arasındakı rəqabət, tətbiq olunan endirimlər və satıcının mənfəət marjası da qiymətlərin dəyişməsinə səbəb olur. Nəticədə eyni məhsulun satış qiyməti müxtəlif ticarət obyektlərində fərqli formalaşa bilər. Bəs bu fərqlər hansı hallarda normal bazar şərti hesab olunur?

Strateji Kommunikasiya üzrə ekspert Səfər Aslanov Median.Az-a açıqlamasında deyib ki, eyni məhsulun fərqli mağazalarda fərqli qiymətə satılması qanunsuz deyil:

“Bu adi bazar davranışıdır. Hər mağazanın alış qiyməti, icarə haqqı və rəqabət mühiti fərqlidir. Eyni şəbəkənin fərqli filiallarında qiymət fərqi adətən icarə haqqı, yerli rəqabət mühiti və logistika xərclərindəki fərqdən yaranır. Mərkəzi, bahalı ərazidəki filial daha yüksək əməliyyat xərcini qiymətə yansıdır. Bəzi hallarda isə bu məqsədli strategiyadır. Şəbəkə eyni malı aşağı gəlirli rayonlarda ucuz, yüksək tələbatlı və ya rəqabətin zəif olduğu ərazilərdə isə nisbətən baha satır. Qanun yalnız iki şeyə icazə vermir. Birincisi, rəfdəki qiymətlə kassadakı qiymət fərqli olsun. Belə olarsa, alıcı üçün daha ucuz olan qiymət tətbiq edilməlidir. İkincisi, çekdə yazılandan artıq pul alınsın. Bu istehlakçı hüququnun pozulmasıdır və cərimə ilə nəticələnir”.

Aysel

Son xəbərlər