Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bu yolda xətlənmənin olmaması sürücüləri çətin vəziyyətə saldı - VİDEO

10.11.2026 19:15 147
Bu yolda xətlənmənin olmaması sürücüləri çətin vəziyyətə saldı - VİDEO
Xətsiz yol sürücülər üçün təhlükə yaradır.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, son iki-üç gündür Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində dumanlı hava şəraiti müşahidə olunur. Yeni asfalt örtüyü döşənən yolda hərəkət zolaqlarını ayıran xətlərin hələ də çəkilməməsi isə sürücülər üçün çətinlik yaradır. Xüsusilə dumanlı və yağışlı havalarda günün qaranlıq saatlarında təhlükə daha da artır.

Qeyd edək ki, yolun həmin hissəsində son günlərdə bir neçə ağır yol qəzası da baş verib. Sürücülər bildirirlər ki, yolda nişanlanma xətlərinin olmaması, işıqlandırmanın və xəbərdaredici nişanların çatışmazlığı hərəkəti çətinləşdirir.


Son xəbərlər