Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:27 Əlövsət Polad vəfat etdi | 20:18 Ət niyə bahalaşır? (Açıqlama) | 20:11 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıblar | 20:08 Göygöldə 37 yaşlı şəxs bıçaqlandı | 20:00 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur | 19:57 Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb | 19:56 Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin vətəndaşlara müraciəti | 19:50 Azərbaycanda əvvəlcədən qəbir yeri alanları CƏRİMƏ GÖZLƏYİR - MƏBLƏĞ | 19:43 Yəməndə bazara zərbə endirildi, onlarla ölü və yaralı var | 19:34 Bakıda məşhur masaj salonlarının sahibinə hədə-qorxu gəldi, həbs edildi | 19:27 Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü | 19:02 21 istiqamətdə tıxac var - SİYAHI | 18:54 Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb | 18:43 "Qarabağ"dan Yankoviç və Silva açıqlaması (Yenilənib) | 18:37 Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu | 18:30 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq | 18:27 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər (Yenilənib) | 18:22 “Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar yaratdı” | 18:13 Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi" | 18:05 Millimiz üçüncü dəfə dünya çempionu oldu |
Mojo.az Avto
Mojo.az Avto

Bu yolda sürücülər istiqaməti ayırd edə bilmirlər - Video

27.08.2025 21:00 747
Bu yolda sürücülər istiqaməti ayırd edə bilmirlər - Video
Bakının Yasamal rayonu kənar dairəvi yolun köməkçi hissəsi ikitərəfli olsa da, sürücülər yolun birtərəfli olduğunu zənn edirlər. Bu da günün istənilən vaxtında qəza şəraiti yaradır.

Bu problemlə bağlı Xəzər TV-yə ərazidə yaşayan sakinlər müraciət ediblər.

Onların sözlərinə görə, üzü “Şamaxinka” istiqamətində hərəkət edən sürücülərin yolu birtərəfli bilmələrinə səbəb düz xəttin silinməsidir.

Bir müddət əvvəl yeraltı kommunikasiya xətləri yeniləndiyindən yolun sağ və sol hissəsində qazıntı işləri aparılıb. Bu da yolun daralmasına səbəb olub, nəticədə sürücülər istiqaməti ayırd edə bilmirlər. Sakinlər bildiriblər ki, bu vəziyyət həm gündüz, həm də axşam saatlarında ciddi təhlükə yaradır.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yolun qazılan hissəsinə bir qat asfalt vurulub, yaxın günlərdə də ikinci qat vurulacaq.

Daha ətraflı süjetdə:

Son xəbərlər