Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Abşeronda yol ÇÖKDÜ: Problem nə vaxt həll olunacaq? - VİDEO

23.01.2025 11:34 633
Abşeronda yol ÇÖKDÜ: Problem nə vaxt həll olunacaq? - VİDEO
Abşeronda avtomobil yolunda çökmə baş verib.

Median.Az
Xəzər TV-yə istinadən məlumat verir ki, yaranmış vəziyyət xüsusən də ilk dəfə həmin yoldan istifadə edən sürücülər üçün böyük təhlükə yaradır.

Bu yoldan istifadə edən həm sürücülər, həm də sakinlər çökmə hadisəsinə görə narahatdırlar. Sürücülər deyirlər ki, həmin ərazidən sürətlə keçdikdə qəza riski yaranmaqla yanaşı, avtomobillərin alt işlək hissələri də zərər görür.

Mövcud vəziyyətdən Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi də məlumatlıdır.

Bildirilib ki, həmin yolun bir neçə hissəsində adıçəkilən qurum tərəfindən mütəmadi olaraq təmir bərpa işləri aparılır.

Abşeron Rayon İcra Hakimiyyətindən isə ''Xəzər Xəbər''ə bildirilib ki, Xırdalan şəhəri Heydər Əliyev prospektinin bir hissəsində yüksəktəzyiqli su kəmərində baş vermiş qəza və nəticədə, su sızıntısının yaranması tədricən yolun alt qatının yuyulmasına və yolun çökməsinə gətirib çıxarıb.

O da bildirilib ki, rayon icra hakimiyyəti tərəfindən qəza və yolun bərpası ilə əlaqədar Dövlət Su Ehtiyatları Agentliyinə məlumat verilib. Aidiyyəti təşkilatlardan müvafiq icazələr alınıb. Sabahdan etibarən ərazidə qazıntı, qəzanın aradan qaldırılması və yolun bərpası işlərinə başlanılacaq.

Ətraflı süjetdə:

Son xəbərlər