Mojo.az Banner
15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |     15:38 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar  |     15:32 Tokayev: "İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib"  |     15:22 Marketlərə kiberhücum: Mütəxəssislər Azərbaycandakı riskləri açıqladı  |     14:41 Cəhalətə qarşı mübarizə aparanlar dövlət tərəfindən dəstəklənəcək? – Deputat açıqladı  |     14:29 Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq  |     13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |     13:12 Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb  |     13:08 Şəhid anası vəfat etdi  |     13:02 İtaliya nümayəndə heyəti ölkəmizə səfər edib  |     12:55 İndoneziyada turist gəmisi batdı  |     12:50 Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur - VİDEO  |     12:41 4 manat üstündə dava - Sürücü döyüldü  |     12:36 Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi  |     12:29 Laos üzv dövlət qismində AQEM-ə qoşulub  |     12:24 Daha bir ölkədə reper Navai ilə bağlı araşdırma başladı  |     12:21 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı  |     12:17 Yasamalda atla təhlükə yaradan şəxs saxlanıldı - Video  |     12:16 Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda təhlükə saçan yol: Sürücülər üsyan edirlər - Video

18.04.2026 13:44 537
Bakıda təhlükə saçan yol: Sürücülər üsyan edirlər - Video
Bu yolda ya qəza qaçılmazdır, ya da avtomobillərin şassisi sıradan çıxır.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Zığ-Şüvəlan yolunun Qala qəsəbəsi ərazisindən keçən hissəsindən gedir. Baxmayaraq ki, burada sürət həddi saatda 60 kilometrdir, yolun bərbad vəziyyəti sürücüləri ani manevrlərə məcbur edir. Bu isə hər an qəzaya zəmin yaradır.

Ərazidə yaşayan sakinlər və sürücülər bildirirlər ki, bir neçə həftə əvvəl yolda təmir işlərinə başlanılıb. Buna səbəb yolun hər iki tərəfində asfalt örtüyünün tamamilə sıradan çıxması olub. Lakin təmir işləri yarımçıq qalıb.

Sakinlərin sözlərinə görə, burada qəza halları bir dəfə yox, demək olar ki, hər gün baş verir.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, işlərin gecikməsinə səbəb hava şəraitidir.

İndi sürücülərin yeganə ümidi vədlərin sözdə qalmaması və sabahdan etibarən yolun həqiqətən normal vəziyyətə gətirilməsidir. Əks halda, bu yolda qəza xəbərlərinin davamlı olacağı bildirilir.
скачать dle 11.3
Mojo.az Banner