Mojo.az Banner
17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |     16:05 Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılması təşəbbüsünü dəstəkləyir  |     15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |     15:38 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar  |     15:32 Tokayev: "İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib"  |     15:22 Marketlərə kiberhücum: Mütəxəssislər Azərbaycandakı riskləri açıqladı  |     14:41 Cəhalətə qarşı mübarizə aparanlar dövlət tərəfindən dəstəklənəcək? – Deputat açıqladı  |     14:29 Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq  |     13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Marketlərə kiberhücum: Mütəxəssislər Azərbaycandakı riskləri açıqladı

15.10.2026 15:22 348
Marketlərə kiberhücum: Mütəxəssislər Azərbaycandakı riskləri açıqladı
Fransada supermarketlərin soyutma sistemlərini hədəf alan kiberhücumun İspaniya, Portuqaliya, Polşa, Almaniya və Belçikaya da təsir etdiyi məlum olub. Məlumatlara görə, hakerlər bəzi mağazalardakı soyutma qurğularının temperaturunu 80 dərəcəyədək yüksəldiblər; bu isə külli miqdarda ərzaq məhsulunun yararsız hala düşməsinə və ciddi maliyyə itkisinə səbəb olub. Köhnəlmiş proqram təminatındakı təhlükəsizlik boşluqlarından istifadə edilməklə həyata keçirilən bu hücumun arxasında duran şəxs və ya qrup hələ müəyyən edilməsə də, digər ölkələrdə dəymiş ziyanın miqyası hazırda araşdırılır.

Hətta bir mağazada temperatur 80 dərəcəyə yüksəlib və həddindən artıq istilik səbəbindən bəzi avadanlıqlar zədələnib.

Bəs, belə bir kiberhücum ölkəmizdə baş verə bilərmi? Mümkün təhlükənin qarşısını necə almaq olar?


Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib:

"Bəli, Azərbaycanda da belə hücum mümkündür. Soyutma və istehsal sistemləri köhnə proqram təminatı ilə işləyə bilər və bəzən xarici şəbəkəyə açıq olur".

O, açıqlayıb ki, əsas qorunma yolu OT (Əməlliyat Texnologiyaları) şəbəkəsini IT (İnformasiya Texnologiyaları) şəbəkəsindən ayırmaq, uzaqdan girişi məhdudlaşdırmaq və standart parolları aradan qaldırmaqdır. Həmçinin temperatur üçün nəzarət sistemindən asılı olmayan siqnalizasiya olmalıdır. Və əlavə olaraq, davamlı olaraq, müxtəlif stress və hücum ssenarilərin simulyasiyası, testləşdirilməsi, tabletop məşğələlər vacibdir.

Saməddin Əsədov

Hadisə ilə bağlı Median.Az-a açıqlama verən İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov isə bildirib:

"​Avropanın bir sıra ölkələrində – Fransada, İspaniyada, Portuqaliyada, Polşada, Almaniyada və Belçikada supermarketlərin soyutma sistemlərini hədəf alan kiberhücumlar kiber təhlükəsizlik sahəsində yeni və ciddi reallıqları üzə çıxarıb. Hakerlərin köhnəlmiş proqram təminatındakı boşluqlardan istifadə edərək bəzi mağazalardakı soyutma qurğularının temperaturunu 80 dərəcəyədək yüksəltməsi külli miqdarda ərzaq məhsulunun xarab olmasına və ciddi avadanlıq zədələnmələrinə səbəb olub. Hücumun arxasında duran qruplar hələ də araşdırılsa da, bu insident sənaye idarəetmə sistemlərinin nə qədər həssas olduğunu bir daha göstərdi".
​
Fərid Əmirovun sözlərinə görə, bu cür kiberhücum texniki baxımdan istənilən ölkədə – o cümlədən Azərbaycanda – əgər obyektlərin rəqəmsal idarəetmə sistemləri kifayət qədər qorunmursa, belə risklər mövcuddur. 
Fərid Əmirov

Mütəxəssis qeyd edib ki, supermarket şəbəkələri, anbarlar, logistika mərkəzləri və sənaye müəssisələri artıq əşyaların interneti (IoT) və uzaqdan idarə olunan avtomatlaşdırılmış sistemlərdən (SCADA) geniş istifadə edirlər.
​Əgər bu sistemlərdə proqram təminatları vaxtında yenilənmirsə, təhlükəsizlik parolları zəifdirsə və ya internetə birbaşa, qorunmayan şəkildə çıxış verilibsə, kənar müdaxilələr üçün zəmin yaranır. 

"Lakin qeyd etmək lazımdır ki, ölkəmizdə kritik infrastruktur obyektlərinin və iri ticarət şəbəkələrinin kiber təhlükəsizliyinin artırılması istiqamətində zəruri texniki resurslar, nəzarət mexanizmləri və peşəkar mütəxəssis bazası mövcuddur", — deyə F. Əmirov əlavə edib.

​Mümkün təhlükələrin qarşısının alınması yollarına da toxunan mütəxəsis sonda vurğulayıb:

"​Bu kimi fiziki ziyanla nəticələnən kiberhücumların qarşısını almaq üçün ticarət və sənaye sektorunda aşağıdakı prioritet tədbirlər görülməlidir:
​Proqram təminatının mütəmadi yenilənməsi: Avadanlıqları idarə edən sistemlərdə (firmware) aşkarlanan təhlükəsizlik boşluqları dərhal bağlanmalı və patch-lər (yeniləmələr) tətbiq edilməlidir.

​Şəbəkənin təcrid olunması (Segmentasiya): Soyutma və digər kritik sənaye sistemləri birbaşa ictimai internetə qoşulmamalı, daxili şəbəkədə qorunan təcrid olunmuş seqmentlərdə (VPN və ya qapalı şəbəkələr vasitəsilə) idarə olunmalıdır.

​Güclü autentifikasiya və giriş nəzarəti: Uzaqdan idarəetmə panellərinə giriş üçün yalnız güclü şifrələrdən deyil, mütləq çoxfaktorlu autentifikasiyadan (MFA) istifadə edilməlidir.

​Fasiləsiz monitorinq və xəbərdarlıq sistemləri: Temperatur və ya digər fiziki göstəricilərdə hər hansı anormal kəskin dəyişiklik qeydə alındıqda sistemi dərhal xəbərdar edən avtomatlaşdırılmış nəzarət mexanizmləri qurulmalıdır.

​Bu tədbirlərin kompleks şəkildə həyata keçirilməsi rəqəmsal sistemlərin təhlükəsizliyini təmin edməklə yanaşı, həm də ərzaq təhlükəsizliyini və iqtisadi dayanıqlığı qorumağa imkan verir".

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner