Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?

15.10.2026 16:34 408
Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?
Bu gün Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısı öz işinə başlayır. Azərbaycanın sədrliyi ilə keçirilən bu mötəbər tədbir təkcə Asiya ölkələri arasında əməkdaşlığın genişləndirilməsi deyil, həm də qlobal iqtisadi və geosiyasi proseslərdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın qarşısında hansı fürsətlər açılır?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib:

"Təbii ki, bu görüş və sammit Azərbaycanın iqtisadi, geosiyasi mövqelərinin möhkəmlənməsində mühüm rol oynayan bir görüşdür. Bunu görüşlərin sayından, gələn qonaqlardan və qəbul olunmuş qərarlardan da görmək olar. 

Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanın sədrliyi daha 2 il uzadıldı. Bu da  yaxşı xəbərdir. "Əslində bu konfransın əsas mövzularından biri  logistikadır. Enerji və yük tranzitində də çox mühüm qərarların qəbul olunduğunu görürük. Eyni zamanda gələcəklə bağlı planlar da açıqlanıb. Yəni, bu konfrans və bu toplantı Azərbaycanın logistik mərkəzi həm yük daşımalarında, həm enerji, həm də yüksək texnologiyalar və informasiyalar toplamaqda regional mərkəz olmaq yolunda atılan növbəti addımdır", — deyə iqtisadçı sonda vurğulayıb. 

Dəniz Pənahova 
Median.Az
скачать dle 11.3
Mojo.az Banner