Mojo.az Banner
18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |     16:05 Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılması təşəbbüsünü dəstəkləyir  |     15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |     15:38 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar  |    
Mojo.az Avto
Mojo.az Avto

Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi

15.10.2026 16:15 162
Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi
"Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) qitə ölkələri arasında dialoq üçün platforma kimi daha əhəmiyyətli və səmərəli rol oynamağa qadirdir".

Median.Az
"Report"a istinadən xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Bakıda keçirilən VII Zirvə Toplantısında çıxışı zamanı deyib.

O, sammitin uğurlu təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edərək göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.

"Bugünkü sammitin yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə hörmətli İlham Əliyevə minnətdarlığımı bildirirəm. Hazırkı görüşümüz beynəlxalq vəziyyətin mürəkkəb və həssas olduğu, geosiyasi rəqabətin, münaqişələrin və təhlükəsizlik təhdidlərinin beynəlxalq münasibətlərin sabitliyinə ciddi təsir göstərdiyi şəraitdə keçirilir", - Rahmon deyib.

Tacikistan prezidenti, həmçinin Laosu AQEM-ə tamhüquqlu üzv kimi qoşulması münasibətilə təbrik edib.

Onun sözlərinə görə, mövcud şəraitdə uzunmüddətli sülh və sabitlik üçün möhkəm təməl yalnız suverenliyə hörmət, etimad və qarşılıqlı anlaşma, beynəlxalq hüquq prinsiplərinə riayət, eləcə də mübahisələrin və fikir ayrılıqlarının dinc yolla həlli əsasında yaradıla bilər.

"Tacikistan beynəlxalq münasibətlərin çoxqütblü sisteminin möhkəmləndirilməsini və dövlətlər arasında yaradıcı əməkdaşlığın inkişafını dəyişməz şəkildə dəstəkləyir. Əminik ki, AQEM qitə ölkələri arasında dialoq platforması kimi daha da effektiv rol oynamağa qadirdir", - Emoməli Rəhmon vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner