Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi
Median.Az "Mash" Telegram kanalına istinadən xəbər verir ki, ifaçı oktyabrın əvvəlində İsraildəki reabilitasiya mərkəzindən çıxmalı idi, lakin hələ də oradadır və "müalicə" almağa davam edir. Onun yaxın vaxtlarda Rusiyaya qayıtmasına səngiməyən qalmaqal və mümkün məsuliyyət əngəl törədir.
Payız aylarında menecerlər Ciqanın çıxışlarını terapiya prosesi ilə əlaqələndirərək təxirə salırdılarsa, hazırkı imtinalar reputasiya riskləri ilə əsaslandırılır. İri konsert agentliklərindəki təşkilatçılar da sənətçini Rusiya səhnəsinə çıxarmaq istəmirlər və onu sifarişçilərə təklif etməkdən çəkinirlər.
Qeyd olunur ki, ifaçıya İsraildəki fərdi tədbirlər üçün də təkliflər gəlir. Buna baxmayaraq, reper həmin dəvətləri də qəbul etmir.