Laos prezidenti Azərbaycanın regional rolundan danışdı
"Laosun AQEM-ə üzv qəbul olunması ölkə üçün dönüş nöqtələrindən biridir".
Median.Az "Report"a istinadən xəbər verir ki, bunu Laos Prezidenti Thonqlun Sisulit Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib.
O, ölkəsinin AQEM-in işinə töhfə verməyə hazır olduğunu bəyan edib:
"Bu, bizim üçün dönəm nöqtələrindən biridir. AQEM-i əməkdaşlıq platforması kimi görürük və təşkilatın işinə, dünyada uzunmüddətli sülhün qorunmasına töhfə verməyə hazırıq. AQEM-ə üzvlük bizim üçün böyük məsuliyyət yaradır. Sülh, dostluq və əməkdaşlıq prinsiplərinə sadiq qalacağımıza söz veririk".
Laos prezidenti çıxışında Azərbaycanı təhlükəsiz dəhliz olaraq gördüklərini də vurğulayıb: "Bölgə ölkələrinin, təşkilata üzv dövlətlərin dayanıqlı inkişafı üçün əlaqələrimizin genişlənməsi vacibdir. Biz AQEM-in prinsiplərinə xidmət etməyə hazırıq".