Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...

15.10.2026 16:20 633
Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...
Azərbaycanda dana ətinin qiyməti yüksək olaraq qalır. Paytaxt Bakıda bir kiloqram dana əti 19 manata, Beyləqanda 17 manata, Bərdədə isə 17 manat 50 qəpiyə təklif olunur. Qiymətlərin yüksək olması istehlakçıların xərclərinə təsir göstərir, qəssablar isə alıcı sayının azaldığını bildirirlər. Ətin qiymətinin yaxın aylarda necə dəyişəcəyi və bazarda ucuzlaşma ehtimalı istehlakçıları maraqlandıran əsas məsələlərdəndir.

Dana ətinin qiymətinin yüksək olmasının əsas səbəbləri hansılardır?

Mövzu ilə Median.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda dana ətinin qiymətinin yüksək olmasının əsas səbəblərindən biri heyvandarlıq təsərrüfatlarında istehsal xərclərinin artmasıdır:

“Mal-qaranın bəslənməsi üçün yem, ot, arpa və digər yem məhsullarının alınmasına çəkilən xərclər ətin maya dəyərinə birbaşa təsir göstərir. Bundan başqa, baytarlıq xidmətləri, dərman preparatları, nəqliyyat və saxlanma xərcləri də qiymətlərin formalaşmasında mühüm rol oynayır. Heyvandarlıqda məhsuldarlığın aşağı olması və təsərrüfatların bir hissəsinin kiçik həcmdə fəaliyyət göstərməsi də istehsal xərclərini artıran amillərdəndir. Digər mühüm məsələ ölkədə mal-qara sayının, yerli istehsalın və istehlak tələbatının nisbətidir. Əgər daxili istehsal tələbatı tam ödəmirsə, idxaldan asılılıq artır. Xaricdən gətirilən diri heyvanların və ət məhsullarının qiyməti, daşınma xərcləri, valyuta məzənnələri və digər idxal xərcləri də daxili bazara təsir edir. Bununla belə, qiymət artımını yalnız idxalla əlaqələndirmək düzgün olmaz. Yerli istehsalın maya dəyəri, bazarda təklifin həcmi, ticarət və satış xərcləri də birlikdə qiymətləndirilməlidir”.

O qeyd edib ki, yaxın aylarda dana ətinin qiymətində ciddi ucuzlaşma gözləmək üçün əsaslı səbəblər məhduddur:

“Çünki istehsal xərcləri yüksək olaraq qalırsa və bazara çıxarılan heyvanların sayı əhəmiyyətli dərəcədə artmırsa, qiymətlərin aşağı düşməsi çətinləşir. Mövsümi amillər və idxalın həcmi müəyyən dəyişikliklər yarada bilər, lakin bunlar öz-özlüyündə davamlı ucuzlaşmaya zəmanət vermir. Əgər yerli təklif artsa, yem təminatı yaxşılaşsa və istehsal xərcləri azalsa, qiymətlərin sabitləşməsi üçün daha əlverişli şərait yarana bilər. Ət bazarında vəziyyətin yaxşılaşdırılması üçün ilk növbədə yerli heyvandarlığın inkişafına dəstək verilməlidir. Yem bitkilərinin istehsalının genişləndirilməsi, fermerlərin keyfiyyətli yemə daha əlverişli qiymətlərlə çıxışının təmin edilməsi, damazlıq heyvandarlığın inkişafı və baytarlıq xidmətlərinin yaxşılaşdırılması istehsal xərclərinin azaldılmasına kömək edə bilər. Kiçik və orta fermer təsərrüfatlarının maliyyə resurslarına çıxışı genişləndirilməli, heyvandarlıq sahəsində məhsuldarlıq artırılmalıdır. Bununla yanaşı, bazarda qiymətlərin formalaşmasına nəzarət gücləndirilməli, süni qiymət artımı və rəqabəti məhdudlaşdıran hallar araşdırılmalıdır. İdxal imkanlarının qorunması da daxili bazarda təklifin artmasına kömək edə bilər. Lakin uzunmüddətli həll yolu yalnız idxalı artırmaq deyil, yerli istehsalı rəqabətqabiliyyətli etməkdir. Əsas məqsəd fermerin istehsalını rentabelli saxlamaqla yanaşı, istehlakçının da əti münasib qiymətə ala bilməsini təmin etməkdir”.

Ayselскачать dle 11.3
Mojo.az Banner