Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır

15.10.2026 18:44 165
Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır
"Rusiya Ermənistandan və Azərbaycandan TRIPP (Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu) layihəsində iştirakla bağlı müraciət almayıb, lakin tərəflər Rusiyanın bu layihədə iştirak etməyə hazır olduğunu bilirlər".

Median.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşünün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

"Hələlik bu layihədə - Donald Trampın adını daşıyan nəqliyyat marşrutunda iştirakla bağlı heç bir müraciət almamışıq. Lakin bütün maraqlı tərəflər bizim hazır olduğumuzdan və imkanlarımızdan xəbərdardırlar", - nazir bildirib. Onun sözlərini Rusiya mediası yayıb.

O, həmçinin Rusiyanın infrastruktur layihələrində iştirak etməyə hazır olduğunu qeyd edib. Nazir vurğulayıb ki, Rusiya Dəmir Yolları Ermənistanda konsessiyaya malikdir və şirkət Cənubi Qafqaz Dəmir Yolu çərçivəsində fəaliyyət göstərir. Buna görə də bu infrastruktur Rusiya tərəfinə yaxşı tanışdır.скачать dle 11.3
Mojo.az Banner