Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

"TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar

15.10.2026 15:38 216
"TikTok" sosial şəbəkəsində nalayiq ifadə işlədənlər saxlanılıblar.

Median.Az
Lent.az-a istinadla xəbər verir ki, biri 29, digər ikisi isə 33 yaşlarında olan həmkəndlilər kafedə yeyib-içdikdən sonra sərxoş halda "TikTok" platformasında canlı yayım açaraq nalayiq ifadələr işlədiblər, ictimai mənəviyyatı təhqir edən əməllərə yol veriblər.

Fakt əsasında hər üç şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya - telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Hadisə Ağcabədi rayonu, Hüsülü kəndində yerləşən kafedə baş verib. Yeyib-içəndən sonra sərxoş olan dostlardan biri canlı yayım açıb. Bu zaman digər ikisi canlı yayımda gedən söhbətə söyüşlə reaksiyalar veriblər. Lakin onların dediyinə görə, telefonun səsinin açıq olduğunu bilməyiblər. Hər üç adam törətdikləri əməldən peşman olduqlarını deyərək, barələrində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə onların hər biri 375 manat məbləğində inzibati qaydada cərimələnib.скачать dle 11.3

Son xəbərlər