Mojo.az Banner
19:52 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib - Foto  |     19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |     19:30 COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  |     19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."

15.10.2026 15:47 501
Ekoloq:
Azərbaycanda bərpa olunan enerji layihələrinə maraq artır. Günəş panelləri elektrik enerjisi istehsalında mühüm rol oynasa da, onların istismar müddəti başa çatdıqdan sonra idarə olunması da həyata düzgün qaydada keçirilməlidir.

İstismar müddəti bitmiş günəş panelləri Azərbaycanda necə utilizasiyası edilməlidir?

Panellərin hansı komponentləri təkrar emala yararlıdır?

Bu tullantıların idarə olunması üçün ölkədə texniki infrastruktur varmı?

Mövzu ilə bağlı Median.Az-ın suallarını cavablandıran ekoloq Aynurə Miriyeva bildirib:

"Bakıda keçirilən COP29 iqlim sammiti Azərbaycanın yaşıl enerjiyə keçid prosesində mühüm dönüş nöqtəsi oldu. İqlim dəyişikliyi ilə mübarizədə fəal rol oynamağı hədəfləyən ölkəmiz, xüsusilə günəş enerjisi potensialından səmərəli istifadə olunması istiqamətində strateji qərarlar qəbul edib".
Azərbaycanın əsas hədəfində bəhs edən mütəxəssis əlavə edib:

"2030-cu ilə qədər ümumi elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını 30%-ə çatdırmaqdır. Bununla yanaşı, istixana qazı emissiyalarının 2030-cu ilədək 35%, 2050-ci ilədək isə 40% azaldılması öhdəliyi götürülüb. İşğaldan azad edilmiş Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikası “Yaşıl Enerji Zonası” elan edilərək, 2050-ci ilə qədər xalis sıfır (Net Zero) emissiya hədəfinə yönəldilib".

Ekoloq qeyd edib ki, ölkənin 23 qiqavatlıq iqtisadi cəhətdən səmərəli günəş enerjisi potensialı beynəlxalq investorların diqqətini çəkir. COP29 çərçivəsində və ərəfəsində “Masdar”, “BP” və “ACWA Power” kimi nəhəng şirkətlərlə iri layihələrə imza atılıb. Cənubi Qafqazın ən böyük günəş stansiyalarından olan Qaradağ GES-dən (230 MVt) sonra Cəbrayıldakı “Şəfəq” GES (240 MVt), habelə Biləsuvar və Bankə layihələri bu strategiyanın əsas dayaqlarındandır.

Aynurə Miriyevanın sözlərinə görə, eyni zamanda, Azərbaycan “Xəzər–Avropa Yaşıl Enerji Koridoru” vasitəsilə istehsal olunan günəş və külək enerjisini Avropaya ixrac etməyi, COP29 Sədrliyi olaraq isə qlobal bərpa olunan enerji gücünün 3 dəfə artırılması çağırışını dəstəkləyir. Bu qərarlar Azərbaycanın təkcə neft-qaz ölkəsi kimi deyil, bölgənin aparıcı yaşıl enerji mərkəzi kimi mövqeyini gücləndirir.

"Yaşıl enerjiyə keçid müsbət və zəruri prosesdir. Lakin bu prosesin bir vacib tərəfi də var: günəş panellərinin istismar müddəti bitəndə nə olacaq? Panellərin istismar müddəti adətən 25–30 ildir. Bu o deməkdir ki, bu gün quraşdırılan panellər gələcəkdə böyük həcmdə tullantı yaradacaq. Məsələn, Suraxanı Günəş Elektrik Stansiyasında 2014-cü ildə 8 min panel quraşdırılıb. Belə ilk layihələrin panelləri növbəti on ildə tullantıya çevriləcək. Ona görə də indidən hazırlıq görmək lazımdır", — deyə ekoloq vurğulayıb.

Tullantıların idarə olunmasına da toxunan mütəxəsis açıqlayıb:

"Əvvəlcə panelləri təkrar istifadə etmək və təmir etmək lazımdır. Gücü hələ 70–80 faiz qalan panellər kiçik sistemlərdə, kənd təsərrüfatında və ya işıqlandırmada işləyə bilər. Sonra materialları təkrar emal etmək və  emalı mümkün olmayan qalıq üçün isə təhlükəsiz məhv etmə üsuluna əl atmaq vacibdir. Bu ardıcıllığa riayət etmək həm ekoloji, həm də iqtisadi baxımdan önəmlidir.
İlk addım kimi panelləri gətirən və ya quraşdıran şirkət istismar müddəti bitdikdən sonra yığım və emal xərclərinə görə məsuliyyət daşımalıdır. Bu, genişləndirilmiş istehsalçı məsuliyyəti adlanır. Avropa İttifaqında panellər artıq elektron tullantılar qaydalarına daxildir".

Bu sahədə bir neçə vacib tələbin olmasını xüsusi qeyd edən ekoloq sadalayıb:

"Hansı panelin harada, nə vaxt və hansı tipdə quraşdırıldığı məlum olmalıdır. Yəni stansiyaların reyestri yaradılmalıdır.
Sındırılmış panellərin yığımı və daşınması yalnız lisenziyalı şirkətlər tərəfindən aparılmalıdır. Çünki qırıq şüşə və kontaktlar təhlükə yaradır.
Xüsusilə tərkibində qurğuşun və ya kadmium olan panellərin zibilliyə atılması qadağan edilməlidir".
Aynurə Miriyeva sonda deyib ki, açıq mənbələrdə Azərbaycanda günəş panelləri üçün xüsusi təkrar emal müəssisəsi barədə məlumat yoxdur. Ümumi tullantı infrastrukturu mövcuddur və tullantıların idarə olunmasını tənzimləyən qanun var. Lakin panellərə xas ayrıca tələblərin olub-olmadığını Ekologiya və Təbii Sərvətlər Nazirliyindən dəqiqləşdirmək lazımdır.

Günəş panelləri əsasən təkrar emal oluna bilən materiallardan hazırlanır və düzgün texnologiyalar tətbiq edildikdə onların təxminən 85-90%-i (bəzi yeni texnologiyalarda isə demək olar ki, hamısı) təkrar emala yararlıdır.

Tullantıların idarə olunması üçün texnki infrastruktur haqqında dəqiq heç bir məlumatım yoxdur. Nəzərə alsaq ki, günəş panellərinin quraşdırılmasına yeni başlamışıq, istirmar müddətinə qədər bu məsələ də açıq qalmaz. 

Günəş enerjisi gələcəyin enerjisidir. Amma panellərin ömrü bitəndə onları düzgün idarə etməsək, bu gələcək ekoloji problemə çevrilə bilər. Azərbaycanın bərpa olunan enerji sahəsindəki uğurlu addımları yalnız o zaman tam dayanıqlı hesab oluna bilər ki, biz tullantıların idarə olunmasını da eyni ciddiyyətlə planlaşdıraq.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner