Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Cəhalətə qarşı mübarizə aparanlar dövlət tərəfindən dəstəklənəcək? – Deputat açıqladı

15.10.2026 14:41 549
Cəhalətə qarşı mübarizə aparanlar dövlət tərəfindən dəstəklənəcək? – Deputat açıqladı
Azərbaycanda məktəblərdə vahid geyim forması ilə bağlı baş verən hadisələr bir sıra rayonlarda ictimai müzakirələrə səbəb olub. Məlumata görə, Abşeronun Xırdalan şəhəri, Ceyranbatan qəsəbəsi, eləcə də Göyçay, Goranboy, Masallı və Astara rayonlarında bəzi şəxslər məktəbli geyimi ilə bağlı qanunsuz çağırışlar etməkdə və ictimai asayişi pozmaqda ittiham olunublar. Həmin şəxslər polis tərəfindən saxlanılıb, bəziləri barəsində inzibati həbs qərarı verilib. Hadisələrin əsasən müəyyən ərazilərdə qeydə alınması isə bu halların yaranma səbəbləri ilə bağlı suallar doğurur.

Sizcə, məktəblərdə vahid geyim forması ilə bağlı bu cür hadisələrin əsasən qeyd olunan rayonlarda baş verməsinin səbəbi nədir?

Bu barədə millət vəkili Fazil Mustafa bu barədə Median.Az-a danışarkən bildirib ki, bölgələr üzrə insanların həm təhsil səviyyəsi, həm də xurafatın yayılma arealı fərqlənə bilər:

“Lakin bu, bütövlükdə cəmiyyətdə maarifləndirmə işinin yetərli səviyyədə olmadığını göstərir. Buna görə də cəmiyyətin daha çox maarifləndirməyə ehtiyacı olan təbəqələri ilə işləməli, İslam dininin mahiyyətini insanlara düzgün çatdırmalıyıq. Azərbaycanda yol verilən ən böyük yanlışlıqlardan biri ənənəvi İslam haqqında insanlara məlumat verərkən onun daxilindəki cəhalət elementlərini həqiqi İslamdan, yəni Quranın əsaslarına söykənən dindən ayırmamağımızdır. Nəticədə insanlar İslam adına müdafiə etdikləri bəzi məsələlərin dini dəyər, yaxud Quranın buyurduğu hökm olduğunu düşünürlər. Halbuki bu inancların və davranışların bir çoxunun Quranda heç bir əsası yoxdur. Adət-ənənələrimizdə din adı ilə yaşadılan bəzi inanclar da Quranın buyurduqları ilə uzlaşmır. Məsələn, hansısa ziyarətgaha gedərək müəyyən oyuqdan keçməyi dini ayin hesab edən insanın bu davranışını İslamın tələbi kimi qiymətləndirə bilmərik. Əshabi-Kəhfə gedərək başına damcı düşməsini gözləyən insanların bu davranışını da dini ritual kimi qəbul etmək üçün əsas yoxdur. Bu kimi məsələlərə daha aydın və maarifləndirici münasibət bildirilməlidir”.

Deputat deyib ki, ölkə başçısı vəzifəsinin icrasına başlamazdan əvvəl Qurana əl basaraq and içirsə, İslama münasibətimiz də Quranın prinsipləri əsasında formalaşmalıdır:

“Heç kimin öz istəklərinə, şəxsi məntiqinə və ya adət-ənənələrə əsaslanan düşüncələrini din adı ilə Qurana əlavə etməyə haqqı yoxdur. Digər tərəfdən, Azərbaycanda dinin kənardan idarə olunmasına və insanların düşüncələrinin manipulyasiya edilməsinə qarşı da mövqeyimiz açıq şəkildə ortaya qoyulmalıdır. Çünki bu, üzləşdiyimiz ən ciddi problemlərdən biridir. Maarifləndirmə işi gücləndirilməli, xüsusilə cəhalətə qarşı mübarizə aparan şəxslərin fəaliyyəti dövlət tərəfindən ciddi şəkildə dəstəklənməlidir”.

Aysel Muxtarскачать dle 11.3
Mojo.az Banner