Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır | 19:48 İspaniyaya üzən qayıqda 7 miqrant ölüb | 19:28 Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 19:14 17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - FOTO | 19:00 Gömrükdə işə düzəltmək vədi ilə 10 min manat aldı - Amnistiya ilə həbsdən azad edildi | 18:55 Oktyabrda 80 aptekdə yoxlama keçirilib | 18:49 Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir | 18:40 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu | 18:30 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? | 18:16 Hesabı ödəməmək üçün burgerin içinə qızının saçını qoydu - Video | 18:08 Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI | 17:56 Mənzildə istilik borusuna müdaxilə edənlər nə qədər cərimələnə bilər? | 17:50 Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq | 17:36 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı | 17:21 Son iki ildə dünyada 189 jurnalist öldürülüb | 17:17 İrandan Azərbaycana 136 kq narkotikin keçirilməsinin qarşısı alındı | 17:10 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - Anbaan video | 16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" | 16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular |
Mojo.az Avto
Mojo.az Avto

Birində 5, digərində 6 manat - Eyni məhsul marketlərdə niyə fərqli qiymətə satılır?

24.08.2026 20:27 339
Birində 5, digərində 6 manat - Eyni məhsul marketlərdə niyə fərqli qiymətə satılır?
Eyni məhsulun müxtəlif marketlərdə fərqli qiymətə satılması istehlakçıların gündəlik alış-veriş zamanı tez-tez rastlaşdığı hallardan biridir. Bəzən eyni marka və eyni çəkidə olan məhsul bir marketdə daha ucuz, digər mağazada isə daha baha təklif olunur. Bu isə alıcılarda qiymət fərqinin nədən yarandığı və marketlərin məhsullara istədikləri qiyməti qoyub-qoya bilmədiyi ilə bağlı suallar yaradır.

Xüsusilə ərzaq və gündəlik tələbat məhsullarında bir neçə market arasında qiymət müqayisəsi aparıldıqda nəzərəçarpacaq fərqlər ortaya çıxa bilər.

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, eyni məhsulun müxtəlif marketlərdə fərqli qiymətə satılması normal bazar hadisəsidir:

“Eyni məhsulun müxtəlif marketlərdə fərqli qiymətə satılması normal bazar hadisəsidir və bunun bir neçə səbəbi var. Market məhsulu istehsalçıdan və ya distribütordan hansı qiymətə alır, nə qədər böyük həcmdə alış edir, hansı endirim və bonusları əldə edir – bunlar son satış qiymətinə təsir göstərir. Bundan başqa, marketin yerləşdiyi ərazi, icarə haqqı, işçi maaşları, elektrik, logistika, anbar və digər əməliyyat xərcləri də qiymətə əlavə olunur.

Marketlərin xərclərinin qiymətə təsiri kifayət qədər böyük ola bilər. Məsələn, böyük ticarət şəbəkəsinin iri həcmdə məhsul alması ona daha aşağı alış qiyməti əldə etməyə imkan verə bilər. Kiçik mağazanın isə belə imkanları olmur. Digər tərəfdən, bəzi marketlər müştəri cəlb etmək üçün müəyyən məhsullarda daha aşağı marja ilə işləyir, başqa məhsullarda isə marjanı nisbətən yüksək saxlayırlar. Ona görə də yalnız bir məhsulun qiymətinə baxaraq marketin ümumi olaraq baha və ya ucuz olduğunu müəyyən etmək həmişə düzgün deyil”.

Ekspert istehlakçıların məhsul alarkən nələrə diqqət etməli olduqlarını da açıqlayıb:

“Vətəndaş üçün ən düzgün yanaşma eyni məhsulun eyni çəkisini, qablaşdırmasını və istehsalçısını müqayisə etməkdir. Xüsusilə endirimli məhsullarda əvvəlki qiymətə deyil, hazırda kassada ödənilən yekun məbləğə diqqət etmək lazımdır. Bir neçə marketdə qiymətləri müqayisə etmək, kiloqram və ya litr üzrə qiymətə baxmaq da real fərqi görməyə kömək edir”.

Akif Nəsirli bildirib ki, qiymətlər arasındakı fərq bazardakı rəqabətlə də bağlı ola bilər:

“Ümumiyyətlə, qiymət fərqi bazarda rəqabətin nəticəsi də ola bilər. Amma eyni məhsulun qiymətində ciddi fərq varsa, istehlakçı alış etməzdən əvvəl alternativləri müqayisə etməklə həm öz xərclərini azalda, həm də marketlərin daha rəqabətli qiymət siyasəti yürütməsinə təsir göstərə bilər”.

Son xəbərlər