Mojo.az Banner
23:00 Marsda mümkün qədim həyatın ən inandırıcı əlamətlərindən biri tapıldı  |     22:55 Nənəsinin evindən xalasının pullarını oğurladı - Günü 250 manata ev tutdu  |     22:47 İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var  |     22:42 Bakıda qaçırdığı avtomobili icra hakimiyyətinin həyətində saxladı  |     22:35 Ruben Rubinyan Ermənistan parlamentinin spikeri postuna namizəd seçildi  |     22:30 Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək  |     22:16 Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA  |     22:08 Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək  |     22:03 Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı  |     21:57 "Qiyamət günü" radiosu işə düşdü - Bu mesajları ötürdü  |     21:39 Leyla Əliyeva Fatimənin yeni mahnı təqdimatında - VİDEO  |     21:34 “Qarabağ”dan bu yayın 6-cı transferi - RƏSMİ  |     21:28 Dünyanın ən yaşlı futbolçusu müqaviləsinin müddətini uzatdı  |     21:20 Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ  |     21:07 Leyla Əliyeva Vatikan Apostol Kitabxanasının rəhbəri ilə görüşüb - FOTO  |     21:01 Mahaçqalada atışma oldu - Ölən və yaralanan var  |     20:54 Bu imtahanın nəticələri yaxın 3 həftədə elan olunacaq  |     20:49 Hindistanda anbar çöküb - Ölənlər var  |     20:44 Azərbaycanda şagirdlərin sayı açıqlandı  |     20:36 Azərbaycan gəmilərlə bağlı beynəlxalq konvensiyaya qoşulub  |    
Left Banner
Right Banner

Bakıda yumurtanın çəki ilə satışına başlandı – Qiymət hiss edilmədən qaldırılacaq

15.05.2018 17:38 2 629
Bakıda yumurtanın çəki ilə satışına başlandı – Qiymət hiss edilmədən qaldırılacaq
Bakıda bəzi mağazalarda yumurtanın kiloqramla satışına başlanılıb.

Bu barədə oxucular baku.ws-ə bildiriblər. Vurğulanıb ki, yumurtanın kiloqramını 2,89 AZN-ə satışa çıxarılıb. Bununla da, yumurtanın ədədi 0,19 AZN təşkil edir.

Mütəxəssislərin fikrincə isə yumurtanın kiloqramla satışı onun qiymətinin artımı ilə nəticələnə bilər. Millət vəkili, Parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov Baku.ws-ə açıqlamasında bildirib ki, yumurtanın kiloqramla satışına başlanılması alıcıların xəbəri olmadan qiyməti artırmağa xidmət edə bilər. Onun sözlərinə görə, məhsulun kiloqramla satılması yumurtanın qiymətinin artımını dərhal biruzə verməyəcək.

"Azərbaycanda yumurta həmişə ədədlə satılıb. Heç vaxt kiloqramla yumurta satılmayıb. Hazırda bu məhsulun kiloqramla satışına başlanılması sual doğuran məsələlərdəndir. Çünki yumurtanın ədədlə satışı zamanı onun qiymətinin artımını dərhal görmək olur. Lakin kiloqramla satılan zaman qiyməti birdən müəyyən etmək çox çətin olur. Bəzi işbazlar bundan istifadə edərək yumurtanın kiloqramının qiymətini qaldıra bilərlər", - deyə Vahid Əhmədov bildirib.

İqtisadçı ekspert Rəşad Həsənov isə baku.ws-ə açıqlamasında bildirib ki, istehlak bazarında yumurtanın satışı ilə bağlı fərqli məqamlar var:

"Yumurta ölçülərinə görə kəskin fərqlənən əmtəə növü sayılır. Bəzi hallarda pərakəndə satışla məşğul olan sahibkarlar bundan məharətlə fərqlənərək daha çox pul qazanmağa çalışırlar. Daha kiçik ölçülü yumurtalar baha qiymətə satılır. Əslində yumurtanın kiloqramla satışının təşkil edilməsi yaranmış ziddiyətin aradan qaldırılmasına səbəb ola bilər", - deyə ekspert bildirib.

Rəşad Həsənov deyir ki, əsas diqqət cəlb edən məqam yumurtanın çəki ilə satışı zamanı onun qiyməti olmalıdır: "Məhsula bazara uyğun olmayan qiymətlərin qoyulması uğursuzluqla nəticələnə bilər. Çünki hazırda insanlar seçim imkanına malikdirlər. Belə olan halda istehlakçını aldatmağa çalışa bilərlər".

скачать dle 11.3
Mojo.az Banner