Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıdakı məşhur restorana ittiham: Menyuda aşağı qiymət yazırlar, hesab gələndə isə...

06.09.2019 14:32 3 619
Bakıdakı məşhur restorana ittiham: Menyuda aşağı qiymət yazırlar, hesab gələndə isə...
"Xalçalı restoran&lounge" restoranının müştəriləri aldatdığına dair iddialar yayılıb.

Sosial şəbəkə istifadəçilərindən biri restoranın müştərilərə daha aşağı qiymətlər yazılmış menyu təqdim etdiyini, lakin hesabda başqa qiymətlər yazdığını bildirib:

"Dostumla menyuda qeyd edilən hərəsi ayrı-ayrılıqda beş manat olan çay və mürəbbə sifariş verdik. Ofisianta menyudakı qiyməti nəzərə alaraq, çay və mürəbbə sifariş versək də, sonda hesab beş manat artıq gəldi.

Hesabın niyə 15 manat gəldiyini soruşanda isə ofisiant çayın 10 manat olduğunu söylədi. Narazılığımı bildirirək, çayın 10 manat olduğu halda niyə menyuda beş manat yazıldığını soruşdum. Bizə verilən menyunun köhnə olduğu deyildi.

Ofisiantın gözünün qarşısında menyuya baxıb sifariş etdiyim halda menyunun köhnə və çayın 10 manat olduğunu niyə demirlər? Bu, düzgün restoran sistemi deyil".

Məsələni aydınlaşdırmaq üçün "Xalçalı restoran&lounge"la əlaqə saxladıq.

Özünü administrator kimi təqdim edən Teymur adlı şəxs oxu.az-a açıqlamasında qiymətlərin artırıldığını təsdiqlədi:

"Müəyyən şeylərdə dəyişikliklər etmişik. Müştəri bir çay sifariş verib saatlarla oturur. Bu da bizə sərf eləmir. Ona görə də qiymətlərdə artımlar var.

Öncədən müştərilərə də qiymətlərin qalxması ilə bağlı məlumat verilib. Hətta daimi gələn müştərilərə də izah eləmişik ki, qiymətlər niyə qaldırılıb. Kimin narazı olub-olmamasının bizə aidiyyəti yoxdur".

Menyunun köhnə olması məsələsinə gəldikdə, administrator deyib ki, artıq onlar da yenilənib.
/oxu.az/

Son xəbərlər