Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni toy mövsümü başladı: 450 manata da menyu var

01.04.2025 18:48 1 266
Yeni toy mövsümü başladı: 450 manata da menyu var
Ramazan ayının bitməsi ilə Azərbaycanda toy mövsümü canlanıb. Əslində, şadlıq sarayları orucluqda da boş dayanmayıblar və sifarişlər qəbul ediblər. Hazırda əksər restoranlarda aprel ayı üçün bütün günlər doludur. Bəs yeni toy mövsümündə qiymətlər necədir?

Teleqraf mövzu ilə bağlı Bakının məşhur şadlıq sarayları arasında sorğu keçirib.

Paytaxtın populyar və bahalı şadlıq saraylarından biri sayılan "Saphir Saray”ın böyük zalında menyu 160 manatdan, kiçik zalda isə 120 manatdan başlayır. Beləliklə, restoran toy etmək istəyən cütlüklərə 180, 200, 220, 250-320 manatlıq menyular təklif edir. "Saphir Saray”da ən bahalı menyu isə 450 manatdır.

Birdəfəyə 700 nəfərlik qonaq qəbul etmək imkanı olan "Grand Opera Hall”un toy menyusu 110-dan 170 manata qədərdir.

"Elux Event Hall”da menyu 220 AZN-dən başlayır. Restoranın meneceri bildirib ki, iyun ayına qədər qiymət artımı gözlənilmir. Lakin sentyabrdan toy menyusu 250 manata qədər bahalaşacaq.

1000 nəfərlik qonaq qəbul etmək üçün hər cür şəraiti olan "Buta Palace”ın menyu qiymətləri 150 manatdan 270-300 manat arasında dəyişir.

"Hollywood” şadlıq sarayı evlənmək istəyən müştərilərinə 2 menyu təklif edir. Birinci "Standart” adlanır, qiyməti 130 manatdan başlayır. Digər menyu isə "Premium”dur. Burada qiymət 160-200 manatdır.

Sayt menyusu 100 manatdan aşağı olan restoran da tapmağa çalışıb.

"Mona Liza” şadlıq sarayında 200 nəfərlik zalda bir nəfər üçün menyunun qiyməti 80 manat, 500 nəfərlik zalda isə 60 AZN-dir.

"Çıraq Palace”da menyu 50-55, "Grand Neon” sarayının 100-200 nəfərlik zallarında toy menyusu 55-80 manat arasında dəyişir.

"Alp Saray”da isə qiymətlər 75 manatdan başlayaraq 160-a qədər yüksəlir.

"Versal Hall”un menyusu 75 AZN-dən başlayır. Yeri gəlmişkən, bu restoranın meneceri son qiyməti açıqlamadı.

"Hissa Saray”da menyunun qiyməti qonaq sayına görə dəyişir. Minimum qiymət 60, maksimum isə 90 manatdır.

Paytaxtda fəaliyyət göstərən digər şadlıq saraylarında menyu qiymətləri aşağıdakı kimi dəyişir:

"Aura Hall”da menyunun qiymətləri 50 manatdan başlayır, 65-70 manata qədər artır.

"Nazlı Saray”ın kiçik zalında 50-60-70, böyük zal üçün 55-65-75 manat ödəmək lazımdır.

"Ağ Saray”da da iki zal var: 80-200 və 450-500 nəfərlik. Menyular adambaşına 75 manatdan 165 manata qədər dəyişir.

"Niaqara” şadlıq sarayında da iki zal mövcuddur. 100-250 nəfərlik kiçik və 250-550 nəfərlik böyük zal. Menyu da 55 manatdan başlayır.

Bakının ən ucuz şadlıq saraylarından biri "Mübarək”dir. Buranın iki zalı var: 150 və 200-300 nəfərlik. Menyusu isə 28-29 manatdır.

Qeyd edək ki, yuxarıda təqdim olunan qiymətlər adambaşına nəzərdə tutulub.

Son xəbərlər