Ölkəmizdə minlərlə iş yeri açılacaq — BU SAHƏLƏRDƏ
Azərbaycanda investisiya təşviqi mexanizmi çərçivəsində sahibkarlara təqdim edilən güzəştlər və bu mexanizmin ölkə iqtisadiyyatına təsiri diqqət mərkəzindədir. İnvestisiya təşviqi sənədi verilmiş layihələr üzrə ümumilikdə 9,3 milyard manat investisiya qoyuluşu və təxminən 47 min yeni iş yerinin yaradılması nəzərdə tutulur.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin açıqlamasına görə, sentyabrın 1-dək 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib. Mexanizmin müddəti 2029-cu ilədək uzadılıb. Eyni zamanda, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən cari ilin ilk səkkiz ayında təxminən 4 300 layihəyə 223 milyon manat güzəştli kredit ayrılıb.
Layihələr üzrə 47 min iş yerinin yaradılması nəzərdə tutulur. Bu iş yerlərinin əsasən hansı sahələrdə formalaşacağını gözləmək olar? Yeni iş yerlərinin regionlarda yaradılması regional iqtisadi inkişafa necə təsir edə bilər?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib:
"Bu iş yerlərinin kənd təsərrüfatı, turizm, yaşıl enerji, alternativ enerji istehsalatı sahəsi, nəqliyyat logistikası, İnformasiya texnologiyaları sahəsində, yəni ölkənin əsas prioritet inkişaf istiqamətləridə gözləmək olar".
İqtisadçının sözlərinə görə, qeyri-neft sənayesinə də investisiya təşviqi verilir. Bu istiqamətdə dağ-mədənçilik sənayesində də proqram qəbul edilib.
Xalid Kərimli əlavə edib ki, bu, regionların inkişafına müsbət təsir göstərəcək. Məsələn, dağ-mədən inkişafı proqramı Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan, Daşkəsən, Zəngilan Kəlbəcər, Ağdərə və Balakəndə icra ediləcək. Orada yataqlar olduğuna görə həmin ərazilər nəzərdə tutulub.
İqtisadçı sonda vurğulayıb ki, bu proses bitəndən sonra minlərlə iş yeri açılacaq. Regionlarda davamlı və dayanıqlı iş yerlərinin açılmasına gətirib çıxaracaq. Hətta Bakıdakı mütəxəssislər də regionlara işləmək üçün gedəcəklər.
Dəniz Pənahova
Median.Az
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin açıqlamasına görə, sentyabrın 1-dək 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib. Mexanizmin müddəti 2029-cu ilədək uzadılıb. Eyni zamanda, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən cari ilin ilk səkkiz ayında təxminən 4 300 layihəyə 223 milyon manat güzəştli kredit ayrılıb.
Layihələr üzrə 47 min iş yerinin yaradılması nəzərdə tutulur. Bu iş yerlərinin əsasən hansı sahələrdə formalaşacağını gözləmək olar? Yeni iş yerlərinin regionlarda yaradılması regional iqtisadi inkişafa necə təsir edə bilər?Mövzu ilə bağlı Median.Az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib:
"Bu iş yerlərinin kənd təsərrüfatı, turizm, yaşıl enerji, alternativ enerji istehsalatı sahəsi, nəqliyyat logistikası, İnformasiya texnologiyaları sahəsində, yəni ölkənin əsas prioritet inkişaf istiqamətləridə gözləmək olar".
İqtisadçının sözlərinə görə, qeyri-neft sənayesinə də investisiya təşviqi verilir. Bu istiqamətdə dağ-mədənçilik sənayesində də proqram qəbul edilib.
Xalid Kərimli əlavə edib ki, bu, regionların inkişafına müsbət təsir göstərəcək. Məsələn, dağ-mədən inkişafı proqramı Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan, Daşkəsən, Zəngilan Kəlbəcər, Ağdərə və Balakəndə icra ediləcək. Orada yataqlar olduğuna görə həmin ərazilər nəzərdə tutulub.
İqtisadçı sonda vurğulayıb ki, bu proses bitəndən sonra minlərlə iş yeri açılacaq. Regionlarda davamlı və dayanıqlı iş yerlərinin açılmasına gətirib çıxaracaq. Hətta Bakıdakı mütəxəssislər də regionlara işləmək üçün gedəcəklər.Dəniz Pənahova
Median.Az