Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video | 13:02 Azərbaycanda rektor məsləhətçisi vəfat etdi | 12:45 Azərbaycan nefti bahalaşıb | 12:45 Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi | 12:43 Bakıda işçinin əri sex müdirini döydü: Yumruqla dişlərini sındırdı | 12:33 Rusiyalı turistlərin Yeni il tətili üçün Azərbaycana marağı ikiqat artıb | 12:06 Qubada sərxoş kişi qəbiristanlıqda öldü | 12:04 Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır | 11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib |
Mojo.az Avto
Mojo.az Avto

"Yeni iş yerlərinin əksəriyyəti bölgələrin payına düşəcək" - Deputat

23.09.2026 19:31 351
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə qeyri neft-qaz sektorunun əsas prioritet sahələri üzrə vacib hədəflər qeyd olundu.

Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, azad edilmiş ərazilərdə qızıl, mis, molibden yataqlarının istismara hazırlanması ilə bağlı konkret mexanizmlərin tətbiq olunması mədənçıxarma sənayesinin ishtehsal həcmini daha da artıracaq.

"Dövlət Proqramının qəbul olunması ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafına xüsusi töhfə verəcək. Proqramın icrası nəticəsində 5 mindən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur. Bu isə məşğulluğa xüsusi töhfə deməkdir. Yeni iş yerlərinin əksəriyyəti bölgələrimizin payına düşəcək. Mədənçıxarma sənayesində istehsal həcmi ilə bağlı göstəricilərə gəldikdə isə, 2025-ci ildə sözügedən sektorda 37 milyard manatlıq məhsul ishtehsal olunub. Azalma tendensiyası isə xam neft və qaz üzrə qeydə alınıb. Belə ki, bu sektor üzrə ishtehsal 2025-ci ildə əvvəlki ilə nisbətən 38.2 milyard manatdan 33.3 milyard manatadək azalıb.

Metal filizlərinin hasilatı isə ötən il 2 dəfə artıb. 2024-cü ildə 383 milyon manatlıq metal filizləri hasil edilmişdirsə, bu göstərici 2025-ci ildə 730 milyon manatadək yüksəlib. Mədənçıxarma sənayesi sahəsinə göstərilən xidmətlərin həcmi 2025-ci ildə artaraq 2.7 milyard manata çatıb. 2024-cü ildə bu göstərici 2.5 milyard manat idi. Dövlət Proqramının icrasının bu sahə üzrə göstəriciləri əhəmiyyətli dərəcədə dəyişəcəyi gözlənilir. Belə ki, yeni Proqam nəticəsində illik 1 milyard manatdan çox əlavə dəyərin yaradılması proqnozlaşdırılır".

Son xəbərlər