Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanla ABŞ arasındakı 7.5 milyardlıq müqavilələrdə nələr var?

05.06.2026 14:31 894
Azərbaycanla ABŞ arasındakı 7.5 milyardlıq müqavilələrdə nələr var?
"Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə təşkil edilən Azərbaycan-ABŞ iqtisadi dialoqunun nəticəsi olaraq imzalanan müqavilələr iki ölkə arasında münasibətlərin ənənəvi enerji tərəfdaşlığından strateji, şaxələndirilmiş və süni intellekt daxil olmaqla yüksək texnoloji iqtisadi müttəfiqliyə keçdiyini göstərir. 7.5 milyard dollar dəyərində imzalanan müqavilələr isə ölkələr arasındakı iqtisadi əlaqələrin daha ünvanlı, strateji tərəfdaşlığa çevrildiyindən xəbər verir".

Bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deyib.

O bildirib ki, bu ilin ilk rübündə Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2.2 dəfə artaraq 296 milyon dollara yüksəlib:

"Göründüyü kimi, ölkələr arasındakı strateji tərəfdaşlıq iqtisadi əlaqələrdə və eləcə də ticarət dövriyyəsində də özünü göstərib. Bu əməkdaşlıq Azərbaycanda süni intellekt və rəqəmsal texnologiyanın inkişafı üçün yeni imkanlar yaradır. İmzalanan müqavilələr və eləcə də süni intellekt üzrə işçi qrupunun fəaliyyət göstərməsi təsdiq edir ki, ölkəmiz Birləşmiş Ştatlardan bu sahədə daha çox texnologiya və innovasiya transfer edə biləcək. Rəqəmsal iqtisadiyyatın qlobal həcmi 2025-ci ildə əvvəlki il ilə müqayisədə 16 trilyon dollardan 24 trilyon dollaradək yüksəlib. Amerika Birləşmiş Ştatları 25 faizlə qlobal rəqəmsal iqtisadiyyatda ən çox paya malik olan dövlətdir. Bütün bunlar Azərbaycanın regional süni intellekt habına çevrilməsinə imkan verəcək".

"Ölkəmizdə rəqəmsal iqtisadiyyatın həcminə gəldikdə isə qeyri-neft ümumi daxili məhsulunun 2.8 faizi informasiya kommunikasiya texnologiyası sektorunun payına düşür. Bu o deməkdir ki, Azərbaycanda rəqəmsal sektorun həcmi 3.3 milyard manatdır. Yeni anlaşmalar bu payın daha da artırılması üçün yeni imkanlar deməkdir", - deyə deputat vurğulayıb.

Son xəbərlər