Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Rusiya səfirliyi: “Azərbaycan mühüm strateji tərəfdaş və etibarlı müttəfiqdir”

04.04.2024 12:26 1 821
Rusiya səfirliyi: “Azərbaycan mühüm strateji tərəfdaş və etibarlı müttəfiqdir”
“Azərbaycan Rusiyanın mühüm “strateji tərəfdaşı, mehriban qonşusu və etibarlı müttəfiqidir”.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümü münasibətilə yaydığı məlumatda deyilir.

Diplomatik nümayəndəlik qeyd edib ki, iki ölkə arasında münasibətlər hüquq bərabərliyi və mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır:

“Dövlətlər arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir. Siyasi dialoq ən yüksək səviyyədə, xarici siyasət idarələri xətti, əsas qurumların rəhbərləri, eləcə də parlament xətti səviyyəsində fəal inkişaf edir”.

“Ticarət-iqtisadi əməkdaşlıq uğurla inkişaf edir. 2023-cü ildə ikitərəfli ticarət dövriyyəsi 17,5 faiz artıb. Rusiya Azərbaycanın aparıcı ticari-iqtisadi tərəfdaşlarından biri olaraq qalır. Bakıda Moskvanın iştirakı ilə müxtəlif investisiya layihələri həyata keçirilir. İki ölkənin sahibkarları arasında əlaqələr, o cümlədən kiçik və orta biznes vasitəsilə genişlənir. İkitərəfli əməkdaşlığın mühüm elementi İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır”, - məlumatda qeyd edilib.

Səfirlik, həmçinin, Rusiya-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyinin daha da inkişaf etdirilməsində qarşılıqlı marağın olduğunu vurğulayıb.

Son xəbərlər