Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi |
Mojo.az Avto
Mojo.az Avto

Rusiya və Azərbaycan ekologiya sahəsində işçi qrupu yaratmaq niyyətindədir

04.12.2024 18:43 1 494
Rusiya və Azərbaycan ekologiya sahəsində işçi qrupu yaratmaq niyyətindədir
Rusiya və Azərbaycan Xəzər dənizinin dayazlaşması probleminə və onun bioloji resurslarının qorunmasına xüsusi diqqət yetirərək ekologiya sahəsində əməkdaşlıq üçün işçi qrupu yaratmaq niyyətindədir.

“Report” Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ Dövlət Dumasının sədr müavini Aleksey Qordeyevin Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevi qəbul etməsi zamanı müzakirə olunub.

Görüş zamanı tərəflər Rusiya və Azərbaycan arasında münasibətlərin bu gün strateji tərəfdaşlıq və müttəfiqlik istiqamətində ardıcıl inkişaf etdiyini vurğulayıblar.

Qeyd edilib ki, bu münasibətlər qarşılıqlı hörmət və mehriban qonşuluq ənənələrinə əsaslanır və əməkdaşlığın əsas prioritetləri 2022-ci il fevralın 22-də Moskvada imzalanmış "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"də öz əksini tapıb.

Bundan əlavə, dövlətlərarası təmasların bütün səviyyələrdə çox intensiv olduğu vurğulanıb. Səfirimiz cari ildə 50-dən çox qarşılıqlı ali və yüksək səviyyəli səfərlərin həyata keçirildiyini qeyd edib.

Xüsusilə iqtisadi sahədə bir sıra mühüm razılaşmaların əldə edildiyi vurğulanıb. Buraya yanacaq-enerji kompleksi sahəsində layihələrin inkişafı, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi, həmçinin Sankt-Peterburq Universiteti və Azərbaycan ali məktəbinin bazasında Bakıda birgə Azərbaycan-Rusiya universitetinin paritet əsaslarla yaradılması daxildir.

Görüşdə iki ölkə arasında mədəni əməkdaşlıq məsələlərinə də toxunulub. R.Mustafayev Dumanın sədr müavinini məlumatlandırıb ki, 2025-ci il Rusiyada Azərbaycan Mədəniyyəti İli olacaq. Səfir bildirib ki, bu çərçivədə keçiriləcək tədbirlər, layihələr iki ölkə və xalqın daha da yaxınlaşmasına töhfə verəcək.

Son xəbərlər