Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

06.11.2026 22:37 225
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən “Xəmsə” şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə protokol tərtib olunub. Nəticədə obyektin icarədarı Xəyal İbadullayev 3000 manat cərimələnib. Cərimə ödənilmədiyinə görə əlavə 1800 manat dəbbə pulu hesablanıb və ümumi məbləğ 4800 manata çatıb.

Xəyal İbadullayev cərimə qərarı ilə razılaşmayaraq məhkəməyə müraciət edib. O, şikayətində ekologiya idarəsinin göndərdiyi tələbin ona çatmadığını, poçt bildirişindəki imzanın və soyadının özünə aid olmadığını bildirib. Həmçinin həmin vaxt sahibkarlıq fəaliyyətini dayandırdığını və “Xəmsə” şadlıq sarayında işləmədiyini qeyd edib.

Məhkəmənin təyin etdiyi xətşünaslıq ekspertizası poçt bildirişindəki imzanın və “İbadullayev” yazısının Xəyal İbadullayevə aid olmadığını müəyyən edib. Dövlət Vergi Xidmətinin məlumatları da onun sahibkarlıq fəaliyyətinə xitam verdiyini təsdiqləyib.

Nizami Rayon Məhkəməsi inzibati xəta hadisəsinin tərkibi olmadığından cərimə qərarını ləğv edərək iş üzrə icraata xitam verib. Ekologiya idarəsi bu qərardan apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qərar qətidir və ondan şikayət verilə bilməz.
//qaynar.az

Son xəbərlər