Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

28.07.2026 20:44 390
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
"Xəyal” İstirahət Mərkəzinin rəhbəri böyük məbləğdə cərimə edilib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan yoxlama ilə mnəlum olub ki, "Xəyal” İstirahət Mərkəzi meşə fondu torpağında yerləşib və istirahət mərkəzinin ərazisində olan ağaclar meşə fonduna aiddir.

İstirahət mərkəzinin rəhbərliyi həmin ərazidə ağacları kəsdirib.

Belə ki, idarənin əməkdaşları tərəfindən "Xəyal” İstirahət Mərkəzinin ərazisində aparıln yoxlama zamanı təsadüf nəticəsində istirahət mərkəzinin ərazisində 1 ədəd ağacın kəsildiyini və kötük hisəssinin qaldığı aşkar edilib. Həmin ağacın cinsi və diametri müəyyən edilib və həmin ağacın yalanqoz cinsindən olan 48 santımetr diametrdə 1 ədəd kök üstə yaş halda ağac olduğunu müəyyən edilib.

Həmin ağac icazəsiz və özbaşına kəsdiyindən "Xəyal” İstirahət Mərkəzinin icərədarı barəsində İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 4500 manat məbləğində cərimə edilib.

Bu qərardan narazı qalan istirahət mərkəzinin rəhbərliyi tərəfindən məhkəməyə müraciət edərək inzibati cərimə cəzasının ləğv olunmasını istəyib. Məhkəmə şikayəti təmin etməyib.

Son xəbərlər