Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

"Beluqa" İstirahət Mərkəzi 60 ayrana görə cərimələndi - Vaxtı keçibmiş...

28.08.2024 21:34 1 041
Lənkəran rayonunun Sütəmurdov kəndində, dəniz kənarında yerləşən "Beluqa" İstirahət Mərkəzi cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, istirahət mərkəzinin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 220.1, 444.1 və 447.0.2-ci maddələri ilə protokol tətrib edilib.

Sözügedən obyektdə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə yoxlama zamanı "Beluqa" İstirahət Mərkəzində, "Köz dönər" satılan yerdə 60 ədəd 150 ml istifadə müddəti bitmiş "Milk" markalı ayran aşkar olunub.

Mərkəzin sahibi Pərvin Manafovun iştirakı ona protokol tərtib olunub. Müvafiq qərarla sahibkar barəsində İXM-in 447.0.2-ci maddəsi ilə 1500 manat cərimə növündə inzibati tənbeh tətbiq edilib.

Sahibkar Lənkəran Şəhər Məhkəməsinə sözügedən dövlət qurumlarının barəsində tətbiq etdiyi protokolla bağlı şikayət versə də, iddiası qəbul edilməyib.

Sahibkar iddia edib ki, həmin ayranların istifadə müddəti cəmi bir gün keçib. Həmçinin ayranlar onun istirahət mərkəzində Orxan adlı şəxsə icarəyə verdiyi "Köz dönər" adlı obyektdə aşkarlanıb.

Son xəbərlər