Mojo.az Banner
21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |     20:56 Bakı-Qazax yolunda qəza - 6 nəfər xəsarət aldı  |     20:49 İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi  |     20:41 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:36 Sabah 29 dərəcə isti olacaq  |     20:29 Kartdan-karta köçürmələrdə yeni komissiyalar: Vətəndaşları nə gözləyir? (AÇIQLAMA)  |     20:24 Süni intellekt bu işləri bizdən alır - SİYAHI  |     20:16 Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı  |     20:08 155 nəqliyyat vasitəsi hərracda satıldı  |     20:02 Səhərlər güclü susuzluq yaşayanların nəzərinə!  |     19:55 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     19:50 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı  |     19:42 Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş - FOTO  |     19:37 Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO  |     19:30 Birinci Qarabağ müharibəsi veteranı dünyasını dəyişdi  |     19:04 32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib  |     18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranda dəniz kənarını zibilləyən istirahət məkanlarının sahibləri cəzalandırıldı

20.07.2019 21:02 1 595
Lənkəranda dəniz kənarını zibilləyən istirahət məkanlarının sahibləri cəzalandırıldı
Lənkəranda antisanitar şərait yaradanlar aşkarlanıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirilir.

Bu cür tədbirlər nəticəsində Lənkəran şəhərinin Kiçik Bazar adlanan ərazisində dəniz kənarında fəaliyyət göstərən “Ləzzət” və “Gəl arada bir” adlı istirahət məkanlarından tullantıların ətrafa atılması faktı aşkar edilib və bununla bağlı Fazil Həsənov və Kazım Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilib.

Eyni zamanda Lənkəran şəhəri Böyük Bazar ərazisində də aşkarlanan analoji fakta görə, Nadir Məmmədov barəsində İXM-nin 266.3-cü maddəsi ilə inzibati protokol tərtib olunub.
\\oxu.azскачать dle 11.3
Mojo.az Banner