Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş - FOTO
Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini Rəşad Məmmədliyev vəfat edib.
R.Məmmədliyev Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin “Elektrik təchizatı” ixtisası üzrə III kurs tələbəsi idi.
Mərhum həmçinin, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatında iştirak etmişdi.
Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilmişdi. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakini Rəşad Məmmədəliyevə köçürülmüşdü.