Mojo.az Banner
12:41 4 manat üstündə dava - Sürücü döyüldü  |     12:36 Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi  |     12:29 Laos üzv dövlət qismində AQEM-ə qoşulub  |     12:24 Daha bir ölkədə reper Navai ilə bağlı araşdırma başladı  |     12:21 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı  |     12:17 Yasamalda atla təhlükə yaradan şəxs saxlanıldı - Video  |     12:16 Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış  |     12:13 Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?  |     12:11 Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş - Əri qatildən şikayətçi olmadı  |     12:10 Reper Diddinin həbsxanada xəsarət almasının səbəbi məlum oldu  |     12:02 Bakıda nasaz yük maşını əsas prospektlərdən birini bağladı  |     11:58 Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video  |     11:40 Azərbaycan nefti 4 dollaradək ucuzlaşdı  |     11:36 İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi  |     11:28 Sumqayıtda faciə: kişi binadan yıxılıb öldü  |     11:22 Qızıl və gümüş bahalaşdı  |     11:18 Bakıda və Abşeronda hava iki gün tozlu olacaq  |     11:14 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib  |     11:10 Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü  |     23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Kartdan-karta köçürmələrdə yeni komissiyalar: Vətəndaşları nə gözləyir? (AÇIQLAMA)

14.10.2026 20:29 159
Kartdan-karta köçürmələrdə yeni komissiyalar: Vətəndaşları nə gözləyir? (AÇIQLAMA)
Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib.

Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan-karta və kartdan köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaitin məbləğinə uyğun müəyyənləşdirilib.

Milli valyutada həyata keçirilən əməliyyatlara görə aşağıdakı xidmət haqları tətbiq ediləcək:

100 manatadək köçürmələr – 3 qəpik;

100,01–1000 manat – 10 qəpik;

1000,01–10 000 manat – 50 qəpik;

10 000,01–40 000 manat – 2 manat;

40 000 manatdan yuxarı – 4 manat.

Məsələ ilə bağlı “Unikal”a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, interçeync əməliyyatları ilə bağlı tariflər əvvəllər də mövcud olub:

“İnterçeync əməliyyatlarının bəziləri ucuzlaşıb, bəziləri isə bahalaşıb. Yəni bu, birmənalı deyil. Əsasən də pərakəndə satışda və kiçik-orta sahibkarlar üçün faktiki olaraq çox böyük yükə çevrilirdi.

İndi bəzilərində ucuzlaşma da var. Mən tariflərə baxanda görürəm ki, ümumilikdə azalmalar da var, amma artan sahələr də var”.

Natiq Cəfərli hesab edir ki, bu dəyişikliklər nağd əməliyyatlara tələbatın artmasına səbəb ola bilər. Onun fikrincə, son dövrlərdə kartdan-karta köçürmələrə tətbiq edilən məhdudiyyətlər və bəzi tariflərin artırılması da bu prosesə təsir göstərir:

“Artıq öz kartına belə pul köçürəndə müəyyən tariflər tutulur. Bir bankdakı kartından digər bankdakı kartına pul köçürürsən, öz daxili əməliyyatındır, amma səndən əməliyyat xərci tuturlar.

Bu, doğru deyil və nəticə etibarilə Azərbaycanda nağd əməliyyatların həcminin artmasına səbəb ola bilər. Əlaqədar orqanlar bu barədə düşünməlidirlər”, – deyə ekspert vurğulayıb.

O bildirib ki, Azərbaycanda son 5-6 ildə nağdsız ödənişlər geniş yayılıb və bu, vergidən yayınmaların qarşısının alınmasında mühüm amillərdən birinə çevrilib. Lakin mövcud dəyişikliklər əks tendensiyaya yol aça bilər.

“İndi əks istiqamətdə artım ola bilər. Yəni, nağdlaşmaya daha çox gedə bilərlər. Vətəndaş görsə ki, müəyyən problemlər yaşanır, onda nağd əməliyyatlara üstünlük verəcək”, – deyə Natiq Cəfərli əlavə edib.
скачать dle 11.3
Mojo.az Banner