Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlik məşhur restoranı məhkəməyə verdi - Uduzdu

03.07.2019 14:24 1 560
Nazirlik məşhur restoranı məhkəməyə verdi - Uduzdu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi “Dan Ulduzu” şadlıq evini məhkəməyə verib.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ETSN sahibkar Sərdar Abbasquliyevə məxsus şadlıq evində atmosferə atılan tullantıların miqdarının qanunla müəyyən edilmiş normadan artıq olmaması üçün xüsusi cihazın məcburi qaydada quraşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsini istəyib.

İddia ərizəsinə görə, ETSN tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilib ki, cavabdehə məxsus “Dan Ulduzu” şadlıq evində manqaldan atmosferə atılan tullantıların miqdarı qanunla müəyyən edilmiş normadan artıq olub.

Belə ki, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları tərəfindən 20 noyabr 2018-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayon, İ.Qayıbov küçəsi ünvanında “Dan Ulduzu” şadlıq evinin ətrafında atmosferdən götürülmüş nümunələrdən müəyyən olunub ki, atmosferə atılan tüstünün norması müəyyən həddən artıqdır.

Bundan başqa, departament əməkdaşları tərəfindən 7 sentyabr 2017-ci il tarixdən “Dan Ulduzu” şadlıq evinin ətrafında atmosferdən nümunə götürülüb və atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla əlaqədar olaraq İdarə tərəfindən 3 oktyabr 2018-ci il tarixdə protokol tərtib olunub, İdarənin müvafiq qərarı ilə S.Abasquliyev 2500 manat məbləğində inzibati cərimə edilib. Lakin bu istiqamətdə heç bir iş görülməyib. Məhkəmə iddianı rədd edib.
/oxu.az/скачать dle 11.3
Mojo.az Banner