Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

İş adamına qarşı 4 milyonluq dələduzluq: Daha bir nəfər azadlığa çıxdı

18.12.2025 15:31 471
İş adamına qarşı 4 milyonluq dələduzluq: Daha bir nəfər azadlığa çıxdı
Azərbaycanda iş adamının pulunu ələ keçirməkdə təqsirləndirilən Ceyhun Əşrəfov, Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə təqsirləndirilən Seymur Məhərrəmovun vəkili Orxan Bünyatov vəsatət verərək müvəkkili barəsində olan qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib. Vəkil bildirib ki, cinayət işi üzrə müvəkkilinə 200 min manat çatıb. Lakin müvəkkili həmin pulu özünə götürməyib və Zaur Qurbanova verib.

Seymur Məhərrəmovun digər vəkili Şaiq Mirzəyev bildirib ki, müvəkkilinin II Qarabağ müharibəsində xidmətləri olub. Eyni zamanda, himayəsində iki azyaşlı övladı və xəstə valideynləri var. O da müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.

Dövlət ittihamçısı vəsatətə münasibət bildirərkən qeyd edib ki, prosesin Bakı Hərbi Məhkəməsində keçirilməsinə səbəb Seymur Məhərrəmovdur. Hadisə 2023-cü ildə baş verib və dəymiş zərərin qarşılığı ödənməyib. İttihamçı vəsatətin təmin edilməməsini xahiş edib.

Digər vəkillər də müvəkkiləri barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib. Onlar eləcə də işin məhkəmə baxışına verilməsinə etiraz etməyiblər.

Zərərçəkən Quvat Beybutov yanlız Cavid Hüseynli barəsində olan həbs qətimkan tədbirin dəyişdirilməsinə etiraz etməyib. O, digər şəxslərin vəsatətlərinin təmin edilməməsini xahiş edib.

Məhkəmə Cavid Hüseynli barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi barədə qərar qəbul edib, o, məhkəmə zalından sərbəst buraxılıb. Digər vəsatətlər təmin edilməyib və cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin olunub.

Qeyd edək ki, iş üzrə zərərçəkən şəxs qismində iş adamı Quvat Beybutov tanınır. Təqsirləndirilən şəxslər dələduzluq yolu ilə onun 4 milyon 19 min manat pulunu ələ keçirməkdə təqsirləndirilir.

Təqsirləndirilən Ceyhun Əşrəfov Sindo-ryu və Pençak Silat Federasiyasının prezidenti olub. O, istintaq dövründə 515 min manat zərər ödəyib və barəsində həbs olmayan qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq,xüsusi ilə külli miqdarda törədildikdə)maddəsi ilə ittiham edilir.

Son xəbərlər