Mojo.az Banner
13:04 Qusarda toydan çıxan qonaqlar arasında dava: Xəsarət alan var  |     12:27 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     12:22 Məşhur yunan müğənni 54 yaşında öldü  |     12:20 Xocalıda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb (Yenilənib)  |     12:14 Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb  |     12:11 Azərbaycan neftinin qiyməti 113 dolları keçib  |     12:09 Dərindən nəfəs ala bilməmək təhlükəli xəstəliklərin əlaməti ola bilər  |     12:07 UEFA Çempionlar Liqasında birinci tur həyəcanı yekunlaşır  |     11:59 ABŞ-də ən böyük kriptovalyuta oğurluğu: 22 yaşlı haker 245 milyon dollarlıq "Bitcoin" ələ keçirdi  |     11:47 Bakıda toy zamanı transformator yandı, məclis yarımçıq qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO  |     11:44 KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb  |     11:41 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     11:40 Dövlət işçilərinə maaş əlavələri və mükafatlar necə veriləcək? - Yeni qaydalar  |     11:34 İmişlinin bəzi ərazilərində qaz olmayacaq  |     11:27 Gəncədə yeniyetmə bıçaqlandı, şübhəli şəxs saxlanıldı  |     11:25 Bu tarixdən taksi qiymətləri BAHALAŞACAQ  |     11:18 Azərbaycanın sabiq baş konsulu külli miqdarda qızıl qaçaqmalçılığında ittiham olunur  |     23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |    
Left Banner
Right Banner

Keçmiş baş həkimə bu əməllərinə görə 8 il 9 ay həbs verildi

14.08.2025 22:41 657
Keçmiş baş həkimə bu əməllərinə görə 8 il 9 ay həbs verildi
Külli miqdarda rüşvət almaqda və dələduzluqda ittiham olunan Gəncə Dəmir Yolu Xəstəxanasının sabiq baş həkimi Vidadi Seyidovun məhkəmə araşdırması başa çatıb.

Eks-baş həkimə verilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb.

V.Seyidov baş həkim vəzifəsində işləyən müddətdə ona yaranan inam və etibardan sui-istifadə edib. Öz qulluq mövqeyindən istifadə edərək bir neçə şəxsə pensiya müavinəti düzəldəcəyi, xəstəxanada işlə təmin edəcəyi ilə bağlı yalan vədlər edib. Bundan əlavə, bir neçə nəfərdən rüşvət alıb. O, zərərçəkmişlərdən birindən pulu oğlunun təhsilhaqqını ödəmək, digərindən isə dərman biznesi qurmaq adı ilə götürüb.

Baş həkimin əməlindən 9 nəfər zərər çəkib. Onlara dəymiş ziyan isə 250 min manat civarındadır.

Təqsirləndirilən şəxs ona elan olunan ittihamlarla özünü qismən təqsirli bilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Seyidov 8 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner