Mojo.az Banner
12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |     11:54 Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Video  |     11:51 Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi  |     11:44 Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb  |     11:36 Onlayn kreditlərlə bağlı AÇIQLAMA – Bu qədər gözləməlisiniz  |     11:30 Kirayə mənzillər niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA  |     11:23 Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - Foto  |     11:22 Azərbaycan nefti kəskin bahalaşdı  |     11:15 Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi  |     11:12 Azərbaycanda məhkum olunmuş şəxslər niyə iş tapa bilmirlər? - Nazirdən açıqlama  |     11:10 Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu  |     11:00 İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət  |     23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəstəliyinə görə azadlığa buraxılan sabiq baş həkimə ağır cəza istənildi - VİDEO

01.05.2024 18:51 1 362
Xəstəliyinə görə azadlığa buraxılan sabiq baş həkimə ağır cəza istənildi - VİDEO
Masallı Rayon Mərkəzi Xəstəxanasının 3 il əvvəl həbs edilən baş həkimi Cəlil Nəzərov və köməkçisi Təranə Əliyevanın cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror təqsirləndirilən şəxslərin verilmiş ittihamlarla təqsirli bilinmələrini, Cəlil Nəzərovun 12 il 6 ay, T.Əliyevanın isə 9 il azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs olunmasını tələb edib. İttihamçı C.Nəzərovun üzərinə həbs qoyulmuş əmlaklarının da dövlət nəfinə müsadirə edilməsini istəyib.

Müdafiə tərəfinə çıxışa hazırlaşmaları üçün vaxt verilib.

İşin bu günə qədər uzanmasına səbəb təqsirləndirilən sabiq baş həkim C.Nəzərovun ağır xəstəlikdən əziyyət çəkməsidir. Bu səbəbdən məhkəmə istintaqı dövründə o, həbsdən buraxılıb, barəsində alternativ qətimkan tədbiri seçilib. Nəzərovun məhkəmə proseslərinə əlil arabasında gəlib-getdiyi bildirilir.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Təqsirləndirilən şəxslər təkrar külli miqdarda rüşvət almaqda ittiham olunurlar.

Cəlil Nəzərovdan sonra Masallının baş həkimi təyin edilmiş Eşqin Əliyev də rüşvət alma və dələduzluq cinayətlərinə görə həbs edilib. Bir müddət əvvəl 8 il 6 ay azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner