Mojo.az Banner
14:56 Hikmət Hacıyev erməni saxtakarlığını belə ifşa etdi - VİDEO  |     14:54 Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb  |     14:39 Yol polisi sürücülərə müraciət etdi  |     14:29 Qayınanası şillə vurduğu üçün arvadını boğdu - Ağstafadakı dəhşətli cinayətin təfərrüatı  |     14:17 Şirvanda oğurluq edən şəxs saxlanılıb  |     14:11 Azərbaycan futbolunda yayın ən bahalı transferləri - SİYAHI  |     14:07 Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik  |     13:49 Rusiya ordusu Ukraynda bir kəndə nəzarəti təmin edib  |     13:29 Sabah 33 dərəcə isti olacaq  |     13:15 Azərbaycan neftinin qiyməti 120 dolları ötdü  |     13:11 İş adamı qəfil vəfat etdi  |     13:02 "Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq  |     23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |    
Mojo.az Avto
Mojo.az Avto

Vəzifəli şəxsin cinayət əməllərinin DETALLARI - Saxtakarlıq, rüşvət və dələduzluq

20.11.2024 14:22 1 347
Vəzifəli şəxsin cinayət əməllərinin DETALLARI - Saxtakarlıq, rüşvət və dələduzluq
Rüşvətalma, dələduzluq, mənimsəmə və vəzifə saxtakarlığında təqsirləndirilən Vurğun Mənsimovun cinayət işinin detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, o, 1 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək Yardımlı rayon uşaq-gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində işləyib.

O, çalışdığı müddət ərzində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən dələduzluq edib, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə təkrar talamış və vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün maddi nemət əldə etməklə rüşvət alıb və rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı edib.

Belə ki, Vurğun Mənsimov 71 445 manat dövlət büdcəsi vəsaitini mənimsəyib, 8 000 manat dələduzluq edib və 3 000 manat rüşvət alıb.

Məhkəmənin hökmü ilə sabiq direktor 5 il azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner