Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:23 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat | 12:13 Bu rüsum 4 dəfə azaldılır | 11:48 Viski içib maşın sürdü, 7 yaşlı uşağı vurub öldürdü - Təfərrüat | 11:47 Bir cihazdan müxtəlif bank hesablarına giriş mümkün olmayacaq | 11:46 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib | 11:45 Gümüş kəskin ucuzlaşdı | 11:44 Bir nəfərin öldüyü, üç nəfərin yaralandığı dava ilə bağlı şikayət verildi | 11:43 Lənkəranın yeddi kəndində elektrik enerjisinin verilişi müvəqqəti dayandırıldı | 11:42 Analiz vermək adı ilə xəstəxanada keçmiş arvadını öldürən şəxsin işi Ali Məhkəmədə | 11:42 Azərbaycan nefti bahalaşıb | 11:41 Qubada qadını vurub öldürən sürücü tutuldu | 11:40 Çempionlar Liqasında bu gün hansı oyunlar var? - TƏQVİM | 11:34 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb | 11:32 Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi | 11:25 Azərbaycanda bir neçə zabit milyonyarımlıq yeyintidə ittiham olunur | 11:24 400 tondan artıq təhlükəli toyuq əti - 3 nəfər məsuliyyətə cəlb olunub | 11:16 Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu | 23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda keçmiş müstəntiq həbs edildi

18.05.2021 17:21 1 065
Bakıda keçmiş müstəntiq həbs edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Mahmud Ağalarovun sədrlik etdiyi iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. M.Abbasov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, M.Abbasov dələduzluq və rüşvət verməyə təhriketmə əməllərində təqsirləndirilir.

İttihama görə, M.Abbasov 12 iyun 2014 tarixindən 11 sentyabr 2017 ci il tarixinə kimi Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə külli miqdarda zərər vurma, təkrar dələduzluq, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə, birbaşa yolla özü vasitəsi ilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik edib.

Xatırladaq ki, M.Ababsov 11 sentyabr 2017-ci ildə yol verdiyi nöqsanlara görə prokurorluq orqanlarindan xaric olunub. Səbail Rayon Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə dələduzluq, vəzifə səlahiyyətlərini aşma cinayətlərini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökmlə ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti ilə həmin cəzaya şərti məhkum edilib.

///Report

Son xəbərlər