Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?

05.10.2026 22:20 150
Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?
Günəşdən Yerdən təxminən 10 dəfə uzaqda yerləşən nəhəng planet Saturn oktyabrın 4-də “qarşıdurma” (oppozisiya) mərhələsinə çatıb. Bu zaman Yer Günəşlə Saturnun demək olar ki, tam arasında yerləşir. Bu səbəbdən qarşıdakı günlər Saturnu müşahidə etmək üçün ilin ən əlverişli dövrlərindən biri hesab olunur.

Qaynarinfo TRT Haber-ə istinadən xəbər verir ki, oppozisiya planetləri müşahidə etmək üçün ən uyğun mərhələdir. Bu zaman planet Günəş batarkən doğur, gecə boyu səmada görünür və Günəş doğmağa yaxın batır. Eyni zamanda Saturn il ərzində Yerə ən yaxın mövqeyinə gəlir.

Saturnu adi gözlə də görmək mümkündür. Planet səmada orta parlaqlığa malik, krem-ağ rəngli obyekt kimi görünür. Ulduzlardan fərqli olaraq onun işığı sayrışmır və sabit şəkildə parlayır. Saturnun parlaqlığı təxminən +0,3 təşkil edir.

Oktyabrın 5-də saat 21:00 radələrində şərq-cənub-şərq istiqamətində üfüqə baxdıqda Saturnu görmək mümkün olacaq. Həmin vaxt planet üfüqdən kifayət qədər yüksəlmiş olacaq və gecə irəlilədikcə daha da yuxarı qalxacaq. Saturnu tapmaq üçün Böyük Peqas Kvadratı yaxşı istiqamət göstəricisi rolunu oynayır. Planet bu ulduz qrupunun bir qədər aşağı hissəsində yerləşir.

Saturnu tapdıqdan sonra onu növbəti axşamlarda da müşahidə etmək mümkündür. Planet ətrafındakı ulduzlardan fərqli olaraq, arxa plandakı bürclərə nisbətən mövqeyini yavaş-yavaş dəyişir.

Saturnun özünü adi gözlə görmək asan olsa da, onun məşhur halqalarını müşahidə etmək üçün kiçik teleskop lazımdır. Xüsusilə Cənub yarımkürəsindən aparılan müşahidələr zamanı Saturn səmada daha yüksəkdə yerləşdiyindən planet daha əlverişli bucaq altında görünür.скачать dle 11.3
Mojo.az Banner