Türkiyədə iki futbol hakimi həbs olundu
Türkiyədə futbol hakimləri ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel barəsində həbs qərarı çıxarılıb.
“Unikal” “Medyascope”a istinadən xəbər verir ki, məhkəmədə ifadələri alınan hər iki şəxs həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
DHA-nın məlumatına görə, prokurorluq Yasin Kolun oyunların nəticələrinə qanunsuz təsir göstərmə və təşviq mükafatı, Göktuğ Hazar Erelin isə rəsmi sənəddə saxtakarlıq ittihamları üzrə həbsini tələb edib.
İş üzrə araşdırmanı İstanbul Baş Prokurorluğu aparır.