Mojo.az Banner
22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |     20:50 Erməni konyakı yenə sərhəddə ilişib qaldı  |     20:45 Bakıda avtobus aşdı - VİDEO  |     20:28 Siyəzəndə narkotiklərlə bağlı 14 nəfər tutuldu  |     20:23 Azərbaycanda bu tələbələr pulsuz təhsil alacaqlar  |     20:15 Narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi  |     20:09 144,9 ha ərazi minalardan təmizlənib  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)

05.10.2026 21:37 108
Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)
Avtomobillərin etibarnamə ilə idarə olunması son illər yenidən ictimai müzakirələrin mərkəzində duran bir məsələdir. Rəqəmsal xidmətlərin genişləndiyi, dövlət qeydiyyatı və nəzarət sistemlərinin tam elektronlaşdığı bir dövrdə bir çoxları etibarnamə tələbinin artıq köhnəlmiş mexanizm olduğunu düşünür. Xüsusilə, ailə üzvlərinin və yaxın şəxslərin bir-birinin avtomobilini idarə etməsi üçün əlavə notariat prosedurlarından keçməsinin zəruriliyi tez-tez sual doğurur.

Median.Az
Xəzər Tv-yə istinadən xəbər verir ki, mütəxəssislər bir çox inkişaf etmiş ölkələrdə bu cür məsələlərin daha sadə mexanizmlərlə tənzimlənməsi fonunda Azərbaycanda da etibarnamə sisteminin yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğunu düşünürlər.

Eldəniz Cəfərovun sözlərinə görə, hazırda Azərbaycanda vətəndaşlar onlayn platformalar vasitəsilə asanlıqla avtomobil sifariş edə, onu müvəqqəti istifadəyə götürə və heç bir notarial etibarnamə olmadan idarə edə bilirlər. Bu isə göstərir ki, avtomobildən müvəqqəti istifadə hüququnun rəqəmsal və daha çevik mexanizmlərlə tənzimlənməsi mümkündür.

Ekspert onu da qeyd etdi ki, mövcud texnoloji imkanlar fonunda notarial etibarnamə tələbinin zəruriliyi yenidən qiymətləndirilməli, digər ölkələrin təcrübəsi öyrənilməli və daha müasir, operativ həll yolları tətbiq olunmalıdır.скачать dle 11.3
Mojo.az Banner