Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

ŞAD XƏBƏR: bu tarixdə maaş və pensiyalar ARTACAQ

25.09.2026 12:59 1 704
ŞAD XƏBƏR: bu tarixdə maaş və pensiyalar ARTACAQ
2027-ci ilin dövlət büdcəsi ilə bağlı hazırlıqlar artıq gündəmin əsas iqtisadi mövzularından birinə çevrilib. Yeni büdcədə gəlir və xərclərin hansı istiqamətlər üzrə formalaşacağı, sosial ödənişlər, maaş və pensiyaların artırılıb-artırılmayacağı, eləcə də əhalinin gəlirlərinin inflyasiya fonunda necə dəyişəcəyi cəmiyyəti maraqlandıran əsas suallardandır.

Bəs 2027-ci ilin dövlət büdcəsi adi vətəndaşın gündəlik həyatına necə təsir göstərə bilər? Büdcə xərclərində hansı istiqamətlərə üstünlük veriləcəyi gözlənilir və qarşıdakı ildə əhalinin sosial-iqtisadi vəziyyəti baxımından hansı dəyişikliklər mümkündür?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib:

"2027-ci ilin büdcəsində sosialyönümlü xərclərin toplamı ümumi büdcənin təxminən 44 faizini təşkil edir. 2026-cı ildə isə bu, 41 faiz idi. Bilavasitə pensiyalar üzrə də 2027-ci ildə indeksasiya təbii olaraq olacaqdır. Hazırda konkret faiz məlum deyil".
Eldəniz Əmirovun sözlərinə görə, bütün hallarda artım baş verəcək. Eyni zamanda 2027-ci ildə minimum əməkhaqqına baxılması da yenidən gündəmdədir. Böyük ehtimalla əməkhaqqının da artırılması baş verəcək.
İqtisadçı qeyd edib ki, artıq dövlət sektorunda çalışanların əməkhaqlarının artırılması var. Müavinətlərdə, təqaüdlərdə müəyyən qədər artımlar gözlənilir.

Təhsil və səhiyyə xərclərinə də toxunan mütəxəsis əlavə edib:
"2027-ci ildə təhsil və səhiyyə xərcləri də artıb. Bir çox istiqamətlərdə artımları müşahidə edirik. Bəzi istiqamətlərdə bir qədər çox, bəzilərində isə bir qədər az artımlar olsa da, sosial xərclərin heç birində demək olar ki, azalmalar baş verməmişdir. Əksər istiqamətlərdə artımlar var".

Dəniz Pənahova
Median.Az

Son xəbərlər