Mojo.az Banner
11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Üç nəfərin ölümünə səbəb olan sürücüyə yüngül cəza verildi

07.08.2024 19:07 1 227
Üç nəfərin ölümünə səbəb olan sürücüyə yüngül cəza verildi
Bu ilin 19 mart tarixində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda baş vermiş ağır qəza ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, 3 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən hadisəyə görə "Hyundai Santa FE" markalı avtomobilin sürücüsü 1972-ci il təvəllüdlü Qüdrət Mahmudov təqsirləndirilib.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması - 2 və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə təqsirli bilib.

Məhkəmədə bildirilib ki, qohumları ilə birgə Naxçıvan şəhərindən Şahbuza qəbir ziyarətinə gedən Qüdrət avtomobili təyin edilmiş həddən sürətli şəkildə idarə edib. Yağışlı hava şəraitində saatda 110 kilometr sürətlə hərəkət edən maşın qarşıdan gələn "Vaz 2121" (Niva) markalı avtomobillə toqquşub. Nəticədə həmin avtomobildə olan Zərifə Əliyeva və həyat yoldaşı Mütəllim Əliyev, eləcə də sürücü Məhəmməd Əhmədov aldıqları xəsarətdən həlak olublar. M.Əhmədovun oğlu və "Hyundai Santa FE"də olan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Məhkəmə prosesində vəfat edən şəxslərin ailə üzvləri qəzaya səbəb olan sürücüdən şikayətçi olmadıqlarını bildiriblər.

Məhkəmənin 5 avqust tarixli hökmü ilə Q.Mahmudova 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi bildirilən şəxs barəsində başqa yerə getməmə qətimkan tədbiri seçilib. Bu cəzanın bitməsindən sonra onun sürücülük hüququnun 3 il məhdudlaşdırılması da hökmdə qeyd edilib.скачать dle 11.3
Mojo.az Banner