Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Bu ərazilərdə torpağa tələbat artdı – Qiymətlər kəskin bahalaşdı

09.11.2026 17:04 408
Bu ərazilərdə torpağa tələbat artdı – Qiymətlər kəskin bahalaşdı
Azərbaycanda torpaq sahələrinin qiymətində artım davam edir. 2026-cı ilin oktyabr ayında torpaq bazarında qiymət indeksi əvvəlki ayla müqayisədə 2,2 faiz yüksəlib. İlin aprel ayı ilə müqayisədə isə qiymət artımı 21,9 faizə çatıb. Bəs torpaq sahələrinin bahalaşmasına hansı amillər təsir edir? Qiymət artımı yaxın aylarda da davam edə bilərmi? Bazarda mövcud vəziyyət torpaq almaq istəyənlər üçün hansı imkanları yaradır?

Bu barədə əmlak eksperti Elnur Azadov Median.Az-a deyib ki, torpaq sahələrinin bahalaşmasına bir neçə əsas amil təsir göstərir:
“İlk növbədə, torpağa investisiya vasitəsi kimi marağın artmasını qeyd etmək lazımdır. Xüsusilə Bakı və Abşeron ərazisində əhali sıxlığının yüksəlməsi, yaşayış massivlərinin genişlənməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi və tikinti sektorunda aktivliyin qorunması torpaq sahələrinə tələbi artırır. Digər mühüm amil torpaq təklifinin məhdud olmasıdır. Xüsusilə çıxarışlı, təyinatı yaşayış üçün uyğun olan, kommunikasiya xətlərinə yaxın və əlverişli mövqedə yerləşən torpaq sahələrinə maraq daha yüksəkdir. Belə ərazilərdə tələb təklifdən çox olduqda qiymətlərdə artım müşahidə edilir. Eyni zamanda, tikinti materiallarının, işçi qüvvəsinin və infrastruktur xərclərinin bahalaşması da torpaq bazarına dolayı təsir göstərir”.

O qeyd ki, yaxın aylarda da torpaq bazarında qiymət artımı davam edə bilər:

“Lakin bu artım bütün ərazilərdə eyni səviyyədə olmayacaq. Paytaxtın mərkəzinə yaxın, nəqliyyat imkanları yaxşı olan, yeni yaşayış və infrastruktur layihələrinin əhatə etdiyi ərazilərdə bahalaşma ehtimalı daha yüksəkdir. Kənar ərazilərdə isə qiymət dinamikası həmin ərazinin inkişaf perspektivlərindən, kommunal təminatından və alıcılıq qabiliyyətindən asılı olacaq.

Torpaq almaq istəyən vətəndaşlara isə yalnız qiymət artımını əsas götürərək tələsik qərar verməməyi tövsiyə edərdim. İlk növbədə, torpağın hüquqi sənədləri, təyinatı, çıxarışının olub-olmaması, tikinti aparmaq imkanları və kommunikasiya xətlərinə çıxışı araşdırılmalıdır. Bəzən bazarda nisbətən ucuz təklif olunan torpaq sahələrinin hüquqi və ya texniki problemləri olur.

Alıcılar üçün müəyyən imkanlar da mövcuddur. Xüsusilə paytaxtın mərkəzindən nisbətən uzaq, lakin gələcəkdə infrastruktur baxımından inkişaf potensialı olan ərazilərdə daha münasib qiymətə torpaq sahələri tapmaq mümkündür. Burada əsas məsələ qısamüddətli qiymət artımına deyil, torpağın uzunmüddətli perspektivinə diqqət yetirməkdir. Torpaq alarkən həm bugünkü qiyməti, həm də gələcəkdə həmin ərazidə formalaşa biləcək yaşayış və iqtisadi aktivliyi nəzərə almaq lazımdır”.

Son xəbərlər