Mojo.az Banner
13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 1 sotu 300 min manata torpaq satılır (VİDEO)

17.02.2024 20:03 2 001
Bakıda 1 sotu 300 min manata torpaq satılır (VİDEO)
Həyətyanı torpaq sahələri ötən illərə nisbətən xeyli bahalaşıb.

Bakının müxtəlif ərazilərində torpaq sahələrinin qiymətini araşdırdıq.

Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi üçün əlverişli olan torpaq sahələri azaldığından bu sahədə bahalaşma müşahidə olunur.

Ekspertin sözlərinə görə, mərkəzdən kənar ərazilərdə çıxarışı olmayan və ya digər təyinatlı torpaqların 1 sotu 2000-2500 manatdır. Mərkəzə yaxın ərazilərdə çıxarışlı torpaqların dəyəri isə bir neçə evin qiymətinə bərabərdir. Hətta 1 sotu 300 min manata torpaq sahələri mövcuddur.

Elnur Fərzəliyev qeyd etdi ki, hər il aprel-avqust aylarında torpaq sahələrinə daha çox tələbat olur. Məhz bu aralıqda qiymətlər artmağa başlayır. Sentyabrdan başlayaraq növbəti ilin aprel ayınadək qiymətlərdə bir qədər enmə müşahidə olunur.скачать dle 11.3
Mojo.az Banner