NVIDIA şirkətində qalmaqal - Baş direktor gizli eşqə görə işindən oldu
NVIDIA şirkətinin baş direktoru Jensen Huanqın Çinə casusluq etməkdə şübhəli bilinən qadınla münasibəti texnologiya dünyasının sözün əsl mənasında vəlvələyə salıb.
Median.Az Bloomberg-a istinadən xəbər verir ki, şirkət nikahdankənar münasibətləri ilə bağlı qalmaqaldan sonra Huanqın potensial varislərini axtarmağa başlayıb.
Məlumata görə, şirkət baş direktor vəzifəsinə potensial namizədləri axtarmaq üçün üçüncü tərəf təşkilatı işə götürüb.
Bu vəzifəyə mümkün namizədlər arasında NVIDIA-nın maliyyə direktoru Kolet Kress, NVIDIA-nın süni intellekt çipləri kimi məlumat mərkəzi məhsullarının hazırlanmasına nəzarət edən şirkətin vitse-prezidenti İan Bak, eləcə də Arm Holdings Plc-nin baş direktoru Rene Haas kimi adlar var.
Daha əvvəl "The Wall Street Journal" mənbələrə istinadən xəbər vermişdi ki, NVIDIA-nın direktorlar şurası nikahdankənar münasibətlə bağlı qalmaqaldan sonra Huanqı vəzifəsindən uzaqlaşdırmağa hazırlaşır.
Noyabrın əvvəlində NVIDIA-nın direktorlar şurası Huanqın xarici kəşfiyyatla mümkün əlaqələri barədə məlumatlar fonunda onun haqqında müstəqil araşdırma başladıb.
NVIDIA rəhbəri daha sonra "Megaspeed"in top meneceri ilə münasibətdə olduğunu etiraf edib.
Bunun fonunda NVIDIA səhmləri ticarətdə təxminən 5% ucuzlaşıb.