Mojo.az Banner
23:02 Milyonlarla kəpənək hər il eyni meşələrə uçur: Sirri hələ də açılmayıb  |     22:57 Bu ilin əvvəlindən 900-dən çox uşağa ananın soyadı verilib  |     22:49 Azərbaycanda indiyədək hansı universitetlər bağlanıb? (SİYAHI)  |     22:44 Beyləqanda ağır qəza - Ata öldü, oğul yaralandı (Yenilənib)  |     22:28 Bir sutkaya 50 min miqrant - İspaniyada son vəziyyət  |     22:20 “Kim milyonçu olmaq istəyir?”də - 1 milyon dollar qazandı - Video  |     22:14 “Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə  |     22:06 Bir sıra küçə və yollarda hərəkət məhdudlaşdırılacaq  |     22:00 Azərbaycanda bu qadınlara 126 gün ödənişli məzuniyyət verilir  |     21:53 "Arzum 40 dəqiqə hadisə yerində olub" - Tiktokerin məhkəməsində şahid danışdı  |     21:48 Polis itkin düşmüş kimi axtarılan 10 nəfəri tapdı  |     21:40 İqnatsio Kassis Azərbaycana gələcək  |     21:35 Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən var  |     21:26 Şəmkirdə 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     21:21 Azərbaycanda inflyasiya nə qədər olacaq? - Proqnoz artırıldı  |     21:15 Fasadı uçulub tökülən körpü təhlükə saçır - VİDEO  |     21:06 Texnologiya bazarında yeni böhran: Yaddaş çipləri niyə çatışmır?  |     20:57 Mənzil təmiri adı ilə 574 min manatlıq dələduzluq (TƏFƏRRÜAT)  |     20:44 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib  |     20:25 "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi  |    
Left Banner
Right Banner

Texnologiya bazarında yeni böhran: Yaddaş çipləri niyə çatışmır?

31.07.2026 21:06 120
Texnologiya bazarında yeni böhran: Yaddaş çipləri niyə çatışmır?
Dünyada kompüter yaddaşı (DRAM) çatışmazlığı yaxın illərdə aradan qalxmayacaq. Əksinə, 2027-ci ildə vəziyyət daha da ağırlaşacaq və bazardakı gərginlik ən azı 2028-ci ilin sonuna qədər davam edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "PC Mag" nəşri "Samsung" şirkətinin icraçı vitse-prezidenti Kim Cecdjunun açıqlamasına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, operativ yaddaş bazarında yaranan qlobal çatışmazlığın əsas səbəbi süni intellekt texnologiyalarına tələbatın kəskin artmasıdır. İstehsal xətlərinin böyük hissəsi artıq NVIDIA, AMD və digər süni intellekt sistemləri üçün tələb olunan yüksək sürətli HBM yaddaş çiplərinin istehsalına yönəldilib.

Nəticədə fərdi kompüterlər, noutbuklar və smartfonlarda istifadə olunan adi DRAM yaddaş çiplərinin istehsal həcmi məhdudlaşıb.

"Samsung" ən böyük müştərilərini yaddaş çipləri ilə təmin etmək üçün artıq uzunmüddətli müqavilələr bağlayır. Şirkətin məlumatına görə, gələcək istehsal güclərinin təxminən 60-70 faizi əvvəlcədən sifariş edilib.

Şirkət bildirir ki, süni intellekt serverləri üçün yaddaş çiplərinin satışından rekord gəlirlər əldə olunsa da, istehsalı qısa müddətdə artırmaq mümkün deyil. Çünki yeni yarımkeçirici zavodlarının tikintisi və istehsal xətlərinin işə salınması 2-4 il vaxt tələb edir.

"Samsung"un proqnozu bu sahədəki əsas rəqiblərdən biri olan SK Hynix şirkətinin qiymətləndirməsi ilə də üst-üstə düşür. Şirkət 2027-ci ili yaddaş çiplərinin tədarükü baxımından "sənaye tarixinin ən çətin ili" adlandırıb.

Analitiklərin fikrincə, yaddaş çatışmazlığı və qiymət artımı onilliyin sonuna qədər davam edə bilər.

Bazarın gərgin vəziyyəti artıq digər texnologiya məhsullarının qiymətlərinə də təsir edir. Belə ki, NVIDIA bu il üçüncü dəfə videokartlarının qiymətlərini artırmağa qərar verib. Yeni artımın 20-30 faiz olacağı bildirilir.

Bundan başqa, analitiklər hesab edirlər ki, 2026-cı ilin sonuna qədər yaddaş çatışmazlığı səbəbindən bəzi texnologiya şirkətləri bazarı tərk edə və ya məhsul çeşidini azaltmağa məcbur ola bilər. Məlumata görə, ASUS və Meizu artıq smartfon bazarından çıxdıqlarını rəsmən açıqlayıblar.
 скачать dle 11.3
Mojo.az Banner