Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu məhsulların qiyməti kəskin ucuzlaşacaq

20.05.2026 19:15 402
Bu məhsulların qiyməti kəskin ucuzlaşacaq
Yaddaş çiplərinin qiymətində son illərdə müşahidə olunan ciddi artımın yaxın dövrdə kəskin şəkildə aşağı düşə biləcəyi açıqlanıb.

Texnologiya nəhəngi "Samsunq” bildirib ki, çinli istehsalçıların bazara daha güclü daxil olması qiymətlərin ucuzlaşmasına səbəb ola bilər.

Məlumata görə, xüsusilə DDR5 yaddaş modullarının qiyməti son illərdə 3-4 dəfə artaraq həm texnologiya şirkətləri, həm də istehlakçılar üçün ciddi problem yaradıb. Bu artım kompüter, server və süni intellekt sistemlərinin maya dəyərinə də təsir edib.

"Samsunq” nümayəndələri qeyd ediblər ki, Çin şirkətlərinin yaddaş bazarında istehsalı artırması rəqabəti gücləndirəcək. Bu isə qiymətlərin sürətlə 3-4 dəfə aşağı düşməsinə gətirib çıxara bilər.

Ekspertlərin fikrincə, hazırda xüsusilə süni intellekt texnologiyalarına tələbatın artması yaddaş çiplərinə ehtiyacı rekord səviyyəyə çatdırıb. Buna görə də son illərdə qiymətlər sürətlə yüksəlib.

Analitiklər hesab edirlər ki, bazarda təklif artarsa, həm kompüter komponentləri, həm də məlumat mərkəzləri üçün istifadə olunan yaddaş məhsullarında ciddi ucuzlaşma müşahidə edilə bilər.
//musavat.com

Son xəbərlər